Region
Çavuşoğludan SƏRT SÖZLƏR: "Oradan əlinizi çəkin"
"Harada olmasından, kimə qarşı yönəlməsindən asılı olmayaraq, qeyri-demokratik müdaxilə və çevrilişlərin əleyhinəyik. Çevrilişlərdən çox əziyyət çəkmiş bir xalq olaraq bunu hər dəfə şiddətlə vurğulayırıq".
Publika.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qvineyadakı dövlət çevrilişindən danışarkən deyib.
Türkiyənin baş diplomatı insanları bir araya gəlməyə, hər sahədə inkişafa, sabitliyə, terrorizmlə mübarizəyə və Afrikanın inkişafına töhfə verməyə səsləyib: "Əllərinizi Afrikadan çəkin. Buranın inkişafı dünya iqtisadiyyatına çox əhəmiyyətli töhfələr deməkdir. Hər şey yolunda gedirsə, Afrikanın dünya iqtisadiyyatına qatqısı 2050-ci ildə 50 kvadrilyon civarında olacaq. Digər tərəfdən, Afrikada sülh olarsa, Avropa da sülh içində olar. Bu səbəbdən Afrikada belə oyunlar oynanılmamalıdır. Bu yaxınlarda Çad prezidenti öldürüldü, orada, Madaqaskarda isə çevriliş cəhdi oldu".
Çavuşoğlu qvineyalılara "Bilin ki, sizə dəstək olmaq istəyənlər sizdən istifadə etmək istəyənlərdir. Bu səbəbdən birliyinizi qoruyun, ən qısa zamanda demokratik təcrübələrə uyğun hərəkət edin və vətəndaş demokratiyasına keçin" - deyə çağırış edib.
Akqabay
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)