Region
Rusiya HƏRƏKƏTƏ KEÇDİ: 200 min əsgər, 80 qırıcı, yüzlərlə tank...
Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri Qırğızıstanın İssık-Kul gölü ətrafında pilotsuz uçuş aparatlarının (PUA) da istifadə edildiyi güc nümayişinə başlayıblar.
Publika.az xəbər verir ki, Rusiya mətbuatı Qazaxıstan və Tacikistanın da daxil olduğu təlimdə Rusiyanın Su-30 və Su-25 döyüş təyyarələrinin havaya qalxdığını yazır. Mi-8 vertolyotları da uçuşa qoşulub.
Hava hücumundan müdafiə sistemləri Türkiyə istehsalı “Bayraktar TB2” tərəfindən məğlub edildikdən sonra PUA istehsalına daha çox diqqət yetirən Rusiya ordusu “Orlan-10” adlı layihəni təlimlərdə sınaqdan keçirib.
Moskva xüsusilə Əfqanıstanla sərhəddə hərbi varlığını artırır. Əfqanıstanla həmsərhəd olan Özbəkistan və Tacikistanda ardıcıl təlimlər keçirilib. Rusiya ordusu Tacikistandakı bazasına pulemyotlar toplayıb və təlimlər keçib. Moskva Əfqanıstanda hakimiyyəti ələ keçirən “Talibanı” hələ də terror təşkilatı kimi qəbul edir.

Dünyanın ən böyük ölkəsinin qərbində isə ABŞ və NATO-nu narahat edən böyük bir hərbi fəaliyyət var: “Qərb-2021” hərbi təlimi rəsmən başlayıb. İki ölkənin Baş Qərargah rəisləri Rusiya və onun Avropadakı yeganə müttəfiqi Belarus ordusunun Baltik dənizini də əhatə edən güc nümayişini izləyirlər.
Rusiya Müdafiə Nazirliyi təlimlərə 200 min əsgər, 80 döyüş təyyarəsi və vertolyot, 15 gəmi və təxminən 300 tankla qatıldığını açıqlayıb. Ermənistan, Hindistan, Qazaxıstan, Qırğızıstan və Monqolustan da “Qərb-2021”ə daxildir.

Təlimdə raketlərdən də istifadə olunur. Rusiya ordusu televiziyası “Zvezda” döyüş gəmiləri ilə yanaşı, Rusiya və Belarus qırıcılarının havaya qalxma görüntülərini yayımlayıb.
Rusiya və Belarusda 14 fərqli təlim bölgəsində həyata keçirilən təlimin ən əhəmiyyətli xüsusiyyəti Avropa sərhədinə çox yaxın olmasıdır: Belarusun Brest şəhəri və Avropanın mərkəzindəki Rusiya diyarı Kalininqrad.

“Röyters” xəbər agentliyi xəbəri “Rusiya və Belarusun nəhəng müharibə oyunu rəsmi olaraq başladı, NATO narahatdır” başlığı ilə dərc edib. Təlimin təhlükəsizliyi üçün Rusiya Belarusa azı üç Su-30 qırıcısı göndərib.
NATO 2017-ci ildə sonuncu dəfə oxşar təlim keçirən Rusiya və Belarusun açıqladığı qoşun sayını inandırıcı hesab etməyib. Beynəlxalq qaydalara görə, 13 min əsgəri keçən təlimlərə nəzarət edilməlidir. NATO xəbərdarlıq edir ki, bu ilin əvvəlində çox sayda rus qoşunlarının Ukrayna sərhədlərinə yerləşdirilməsindən sonra keçirilən təlim böhranla nəticələnə biləcək qəza və ya səhv hesablama riskini artırır.
Akqabay
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


