Region
İrandan təlimlərlə bağlı MÜHÜM AÇIQLAMA: Bu ölkələr Tehranla Bakı arasında...
İranın Daxili İşlər naziri Əhməd Vahidi Tehranla Bakı arasında polemikaya səbəb olan anlaşılmazlıqların diplomatik yollarla həll ediləcəyini bildirib.
Publika.az xəbər verir ki, İsrail və bəzi ölkələrin İranla Azərbaycan arasındakı münasibətləri pisləşdirmək üçün xain planlar qurduğunu iddia edən Vahidi "Anlaşılmazlıqlar və fərqli məsələlər olarsa, diplomatik yollarla həll ediləcək. Xarici İşlər Nazirliyi bu mövzunu izləyir", deyə qeyd edib.
Qonşu ölkələri əməkdaşlığa və dialoqa dəvət etdiklərini deyən nazir "İran qonşuları ilə dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir. Yeni hökumətdə qonşular bizim üçün prioritetdir və onlarla dostluq münasibətlərini qoruyacağıq. Biz həmişə bəyan etmişik ki, İran bütün qonşu ölkələrə və Azərbaycana münasibətdə dostdur" - bildirib.
Təlimlə bağlı açıqlamanın Azərbaycan Prezidenti İlham Əliyevin İranın daha əvvəl sərhəddə keçirdiyi təlimlərə reaksiyasından sonra verilməsi isə diqqət çəkib.
Digər tərəfdən, İran ölkənin şimal-qərbində, Azərbaycan sərhədində "Xeybər fatehləri" adlı hərbi təlim keçirəcəyini açıqlayıb.
Akqabay
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






















.jpg)














