Putin ELAN ETDİ - Ordu hazır vəziyyətə gətirildi
Bizi izləyin

Region

Putin ELAN ETDİ - Ordu hazır vəziyyətə gətirildi

ABŞ tərəfinin ballistik raket əleyhinə müqavilədən çıxmasından sonra Rusiya ilə Amerika arasında silahlanma yarışının başladığını ifadə edən Vladimir Putin sülhün tərəfdarı olduqlarını bildirib. Ancaq Rusiya ordusunun inventarında olan silahları ABŞ-dakılarla müqayisə edərək sanki gözdağı verib.

Publika.az xəbər verir ki, Moskvada keçirilən enerji forumunda çıxış edən Putin şəhərləri xəritədən silə biləcək hipersəsli raketlər haqqında bunları söyləyib: "Bu, təkcə hipersəsli deyil, qitələrarası bir raketdir və Rusiya artıq həyəcan vəziyyətindədir".

Rusiyanın hazırladığı raketlərin ABŞ-dakı versiyalardan 5 qat daha sürətli olduğunu vurğulayan Putinin sözləri tez bir zamanda dünyanın gündəminə çevrilib.

İngiltərənin "Mirror" qəzeti bu inkişafı oxucularına "Putinin Rusiyanın hipersəsli silahlara sahib olması ilə öyünməsi ABŞ-la hərbi qarşıdurma və Qərblə potensial Üçüncü Dünya müharibəsi qorxularını artırdı" sözləri ilə təqdim edib.

Ancaq bu raket Rusiyanın yeganə diqqətəlayiq silahı deyil.

Ötən aylarda Rusiyanın ABŞ sahillərində sunami yarada biləcək "Poseydon" adlı nüvə torpidosunu şimal qütbündə sınamağa başladığı ortaya çıxdı. Rəsmi olaraq 2M39 olaraq adlandırılan "Poseydon" dünyanın ən böyük torpidosu olaraq xarakterizə olunur. Su-57 qırıcıları eyni vaxtda 30 hava hədəfini izləyə bilir. Bunun təyyarənin hər hissəsinə yerləşdirilən antenlər sayəsində mümkün olduğu bildirilir.

Rusiya T-14 Armata "Super tank" ilə NATO standartlarına çatıb. 3 ekipajın yerləşdiyi tankın topu tam avtomatikdir. Tankın avtomatlaşdırılması xüsusiyyəti sayəsində ekipaj sayı azalıb. Məsələn, ABŞ-ın "M1 Abrams" tankından 4 nəfər istifadə edə bilər.

154 mm-lik silahı olan tankın NATO inventarında zirehli maşınlar üçün böyük təhlükə yaratdığı düşünülür. Raket əleyhinə xüsusiyyəti sayəsində tank Qərb mütəxəssisləri tərəfindən ən yaxşı qorunan modellərdən biri olaraq göstərilir.

"Rostex"in baş direktoru Sergey Çemezov Rusiyanın S-500 raketdən müdafiə sisteminin istehsalına başladığını açıqlayıb. İlkin məlumata görə, S-500 600 kilometr uzaqdakı hədəfləri vura biləcək. S-500 eyni anda 10 hədəfi bağlaya və saniyədə 7 kilometrdən çox olmayan ballistik hədəfləri vura biləcək.

Rusiya ordusunun əsgərin ağır texnikaları daşımasına və pulemyotla 700 atəş açmasına imkan verən müasir hərbi sisteminin yeni fotoları yayımlanıb. Sözügedən sistem saatlarla 35 kq yük daşımağa imkan verir. Rusiya mətbuatında yayılan xəbərlərə görə, cihaz artıq Suriyada istifadə olunmağa başlayıb.

Ehtiyatda olan ABŞ admiralı Ceyms Stavridis və jurnalist Elliot Akerman tərəfindən yazılan "2034: A Novel of the Next World War" (2034: Növbəti Dünya müharibəsinin ssenarisi) adlı kitabda Cənubi Çin dənizi müharibəyə başlamaq potensialına malik bir bölgə olaraq göstərilib. Ekspertlər həmçinin Rusiyanı xəbərdar ediblər. Sözügedən kitabda belə bir müharibə vəziyyətində hansı silahlardan istifadə edilə biləcəyi haqqında da məlumat verilir. Buna görə də pilotsuz hərbi maşınlar döyüş meydanında üstünlük təşkil edəcək.

Stavridis və Akerman ənənəvi müharibə ilə yanaşı, belə bir qarşıdurmanın bir ilk olacağına inanırlar. Müəlliflərə görə, bu miqyaslı müharibədə hər iki tərəf düşmən sistemlərini ortadan qaldırmaq üçün genişmiqyaslı haker hücumlarına başlayacaq.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm