Region
Ərdoğan Qlazqoya getməməsinin SƏBƏBİNİ AÇIQLADI: Bunu qəbul edə bilmədik
"Qlazqoda keçirilən İqlim Dəyişikliyi üzrə BMT Liderlərinin Sammiti üçün tələb etdiyimiz təhlükəsizlik protokolu standartlarımız var idi. Bütün beynəlxalq səfərlərimizdə bizə və bütün digər liderlərə həmişə tətbiq olunan protokolda bunlar standart idi. Ancaq bizə dedilər ki, bunlara son anda nail olmaq mümkün deyil".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan G20 dövlət başçılarının Roma Sammitindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Türkiyə lideri Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Beynəlxalq İqlim Konfransında iştirak etməməsinin və Romadan Ankaraya qayıtmasının səbəblərini açıqlayıb: "Sonradan öyrəndik ki, rədd edilmiş sorğumuzdakı standartlar müstəsna olaraq başqa ölkə üçün təqdim oluna bilər. Bu da diplomatik adətlərə uyğun gəlmirdi. Biz bunu qəbul edə bilmədik. Müvafiq bölmələrimiz dəqiq mövqe ilə danışıqları davam etdiriblər. Sağ olsun, Boris Conson da proseslə maraqlandı. Əvvəlcə problemin həll olunduğunu bildirdi. Amma son anda o, bizə Şotlandiya tərəfinin çətin günlər keçirdiyini bildirdi. Tələblərimiz yerinə yetirilməyəndə Qlazqoya getməkdən vaz keçdik. Nəhayət, bu, təkcə öz təhlükəsizliyimizlə bağlı deyildi, bu, ölkəmizin reputasiyası ilə bağlı idi. Biz millətimizin reputasiyasını qorumaq üçün məsuliyyət daşıyırıq. Ölkəmizin ləyaqətinə, şərəfinə heç bir yerdə xələl gəlməsinə imkan verməyəcəyik. Beləliklə, bir daha göstərdik ki, biz yalnız bərabərlikçi yanaşma ilə daha ədalətli dünya qura bilərik".
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





