Region
Lirənin çökdüyü vaxtda Türkiyəni SEVİNDİRƏN XƏBƏR - VİDEO
Video əlavə olunub.
xxx
Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və Küveyt investisiya üçün Türkiyəni seçib. Qətər Türkiyəyə 15 milyard dollar, BƏƏ isə 11 milyard dollar sərmayə qoyacaq.
Publika.az xəbər verir ki, daha bir ərəb ölkəsinin - Bəhreynin də investisiya seçimi Türkiyə olub.
Sənayedən maliyyəyə, enerjidən nəqliyyata, mədənçilikdən pərakəndə satışa qədər bir çox sahədə xarici investorları cəlb edən Türkiyə Körfəz ölkələrinin üstünlük verdiyi dövlətlərdən biridir. Bu çərçivədə Körfəz ölkələrinin Türkiyəyə sənaye, maliyyə, media, nəqliyyat, istehsal, enerji, tikinti və qidadan tutmuş geniş bir sahədə investisiyaları var. Son 18 ildə Körfəz ölkələrinin Türkiyəyə sərmayələri 11,4 milyard dollara çatıb. Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini İffet Polat "Bu sərmayələr daha da artacaq. Önümüzdəki dövrdə Körfəz ölkələrindən ciddi investisiyaların və ortaqlıqların gələcəyini düşünürəm" - deyə qeyd edib.
Bu ölkələr arasında 4,3 milyard dollarla Türkiyəyə ən böyük investisiyanı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) edib. BƏƏ-nin 11 milyard dollar daha çox birbaşa investisiyası ilə bu rəqəm 15,3 milyard dollara yüksələcək.
Körfəz ölkələri arasında Qətər 2,7 milyard dollar sərmayə qoyduğu halda, daha 15 milyard dollar sərmayə yatıracağını açıqlayıb. Səudiyyə Ərəbistanının Türkiyəyə 2 milyard dollar, Küveytin isə 1,9 milyard dollar birbaşa investisiyası var. BƏƏ, Qətər, Küveyt və Səudiyyə Ərəbistanından sonra başqa bir körfəz ölkəsi Bəhreynin də investisiya üçün Türkiyəyə gəlməsi gözlənilir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)