Region
İranla danışıqlar dayandırıldı: “Yaxın günlərdə qərar veriləcək”
“İran danışıqlara ciddi yanaşmır, buna görə də müzakirələrdə irəliləyiş yoxdur”.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Vyanada İranla “Altılıq” arasında danışıqların yenidən başlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İran danışıqlara ciddi yanaşmadığı üçün və bu səbəbdən müzakirələrdə müsbət irəliləyiş olmadığına görə dialoq müvəqqəti olaraq dayandırılıb.
“Son iki gündə aparılan müzakirələrdən görünən budur ki, İran qarşılıqlı olaraq nüvə razılaşmasına qayıtmaqda ciddi deyil. Məhz buna görə də biz danışıqların bu mərhələsinə son qoyduq”, - Blinken qeyd edib.
Dövlət katibi ABŞ hökumətinin İranın nüvə proqramı ilə bağlı mövqeyini bir daha təkrarlayıb: ABŞ İrana danışıqları uzatmaqla öz nüvə proqramını inkişaf etdirməsinə imkan verməyəcək. Diplomatiya uğursuz olacağı təqdirdə, Vaşinqton digər variantları nəzərdən keçirəcək. Biz yaxın günlərdə mühüm qərarlar verməliyik. Bu prosesdə iştirak edən tərəfdaşlarımızla məsləhətləşmələr apararaq, İranın bu müzakirələrdə nə qədər ciddi olub-olmadığını müəyyən edəcəyik”.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)






















.jpg)
.jpg)

