Region
Putindən MÜHARİBƏ ANONSU: Onlar bizi həyasızcasına aldatdı
Rusiya Prezidenti Vladimir Putin paytaxt Moskvada keçirdiyi illik mətbuat konfransında Rusiyanın Ukraynaya hücum ehtimalını dəyərləndirib.
Publika.az xəbər verir ki, “Ukraynaya və ya başqa bir suveren ölkəyə hücum etməyəcəyinizə zəmanət verə bilərsinizmi, yoxsa bu, Rusiya ilə ABŞ və NATO arasında müxtəlif təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlardan asılı olacaq” sualına Rusiya lideri belə cavab verib:
“Bizim hərəkətlərimiz danışıqların gedişatından deyil, Rusiyanın bu gün və tarix boyu təhlükəsizliyinin qeyd-şərtsiz təmin edilməsindən asılı olacaq. Bu kontekstdə biz NATO-nun şərqə doğru irəliləməsinin qəbuledilməz olduğunu hərtərəfli izah etdik. Burada aydın olmayan nə var? Bizmi ABŞ-ın sərhədlərinə yaxın raketlər yerləşdiririk? Xeyr. Amerika öz raketləri ilə evimizə gəlib. Bu raketlər indi evimizin astanasındadır. Hücum raketlərinin evimizin yaxınlığında yerləşdirilməməsini tələb etmək gərəksiz tələbdirmi? Burada qeyri-adi nə var?”
“Biz raketlərimizi Kanada ilə ABŞ, ABŞ və Meksika arasındakı sərhədə yerləşdirsəydik, ABŞ necə reaksiya verərdi? Meksika ilə ABŞ arasında ərazi problemi yox idimi? Məgər, əvvəllər Kaliforniya, Texas kimə məxsus idi? Bunu unutmusunuz?", - deyə Putin sözlərinə davam edib.
Ukraynanın necə yaradıldığını unutmadıqlarını bildirən Putin, “Vladimir Lenin Sovet İttifaqını yaradanda Ukraynanı yaratdı” - deyə qeyd edib.
Rusiya və ABŞ ilə NATO arasında gedən danışıqların nəticələrinin onlar üçün gedişin deyil, nəticənin mühüm olduğunu vurğulayan Rusiya Prezidenti əlavə edib ki, NATO onlara 90-cı illərdə şərqə doğru hərəkət etməyəcəyinə söz verib.
“Bizi həyasızcasına aldatdılar. İndi NATO 5 dəfə genişlənib. İndi Rumıniya və Polşada raketlər yerləşdirilib. Biz heç kimi təhdid etmirik. Biz ABŞ və ya İngiltərə sərhədlərinə getmişik? Bizə gəliblər. İndi deyirlər ki, Ukrayna da NATO-ya daxil olacaq. Sonra Ukraynada da oxşar sistemlər olacaq, ya da iki səviyyəli bazalar və hücum sistemləri orada yerləşdiriləcək. Siz bizdən zəmanət istəyirsiniz. Ancaq siz bizə dərhal zəmanət verməlisiniz”, - Putin sözlərini belə yekunlaşdırıb.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)





















.jpg)
.jpg)
