Region
Ukrayna ordusu tilsimi qırdı: - Mavi-sarı bayraq yenidən məşhur adada ucaldıldı
Rusiya Silahlı Qüvvələrinin tərk etdiyi Zmeinıy adasında Ukrayna bayrağı ucaldılıb.
Publika.az xəbər verir ki, bu barədə UNİAN Ukraynanın cənubundakı müdafiə qüvvələrinin birgə əlaqələndirici mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuka istinadən məlumat yayıb.
“Zmeinıy adasında Ukrayna bayrağı ucaldılıb. Hərbi əməliyyat başa çatıb və ərazi indi yenidən Ukraynanın yurisdiksiyasına qaytarılıb”, - deyə Qumenyuk bildirib.
İyunun 30-da Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov bəyan edib ki, Rusiya Silahlı Qüvvələri xoşməramlı addım kimi Zmeinıy adasını tərk edib. Onun sözlərinə görə, Rusiya Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz yaradılmasına mane olmadığını dünya ictimaiyyətinə belə nümayiş etdirmək qərarına gəlib.
Bundan sonra isə Rusiya Dövlət Dumasının Krımdan olan deputatı Aleksey Çernyak Qara dənizdəki Zmeinıy adasının Rusiya donanmasının və Hava-Kosmik Qüvvələrinin nəzarətində qalacağına inandırmışdı.
Səxavət
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO

































.jpg)


