Region
Ərdoğan-Paşinyan danışığında əsas detal: Azərbaycanın mövqeyi... - Müsahibə
Publika.az xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, 13 ildən sonra Türkiyə və Ermənistan rəhbərləri arasında ilk təmas baş tutdu. İki dövlət arasında II Qarabağ müharibəsi sonrası münasibətlərin normallaşmasına nə dərəcədə pozitiv yanaşmaq olar?
- Burada propakanda effektini görmək olar. Çünki rəsmi danışıqlar baş verir. Türkiyənin də mövqeyi ondan ibarətdir ki, bu danışıqlar birbaşa Azərbaycanla bağlı proseslərlə əlaqəli olacaq. Türkiyə-Ermənistan rəhbərlərinin danışığında da təşəbbüs Nikol Paşinyandan gəlib. Əslində N.Paşinyan bu addımı ilə göstərmək istəyir ki, onların niyyəti regionda sülhün bərqərar olmasıdır. Sözsüz ki, bunu səmimi qəbul etmək mümkün deyil. Bu “jestlə” yanaşı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı bəyanatlar da var. Hansısa “status”a baxılmalıdır kimi fikirlər hələ də ortadadır. Ona görə də bu, propokondadan başqa bir şey deyil.
- Ankara-İrəvan yaxınlaşmasında tərəflərin ayrı-ayrılıqda öz maraqları var. Siz necə düşünürsünüz real razılaşma əldə olunarsa, iddialar hansı halda kənara atıla bilər?
- Bu məsələdə Ankaranın qarşı tərəfə ünvanlayacağı suallar siyahısı çox genişdir. Türkiyənin gündəmində Azərbaycanla bağlı məsələlər var. Bu istiqamətdə Türkiyə ardıcıl bəyanatlar verir. Ona görə də Ankara prosesdə konstruktiv olmaq üçün danışıqların başlamısına razılıq verib. Bu əslində bir növ xarici müşahidəçilər üçün də bir mesajdır. Çünki sülhün bərqərar olması mümkündür.
- Yaxın günlərdə Türkiyə-İran-Rusiya liderləri arasında görüş nəzərdə tutulur. Bu görüşdən hansı gözləntilər var?
- Tehranda baş tutması gözlənilən Ərdoğan-Putin-Rəisi arasındakı görüşdə regiondakı problemlər, məsələlər də müzakirə ediləcək. Burada müzakirə ediləcək məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. İtisna edilmir ki, görüşdə bu məsələ müzakirə edilməsin. Çünki Zəngəzur dəhlizi təkcə Azərbaycanın Naxçıvanla birləşməsi məsələsini özündə ehtiva etmir. Burada böyük oyunçuların da marağı var. Türkiyə-İran-Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyi indiki mərhələdə bu daha çox aktual görünür. Belə olan şəraitdə rəsmi İrəvan da özünü konstruktiv mövqedən göstərmək istəyir. Amma onun bu istəkdə “səmimi” olması hələ də suallar yaradır. Çünki İrəvanın əsas mövzuda Azərbaycanla bağlı mövqeyi dəyişməyib. Erməni tərəfi bəyan edib ki, Qarabağ siyasətini təzə şəraitdə davam etdirmək niyyətindədir. Ona görə də Türkiyə ilə Ermənistan liderləri arasında olan telefon danışığı ilə bağlı məsələlərə qiymət verməkdə elə də tələsmək lazım deyil. Çünki bu, hələ ki, ilkin bir addımdır.
- Bəs Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Moskva nə dərəcədə maraqlı görünür?
- İndiki mərhələdə Rusiyanın bura marağı artıb. Rusiyaya qarşı sanksiyalar fonunda ona qarşı bu kampaniyaya qoşulmamış ölkələrlə ticarət və iqtisadi münasibətlər daha da genişlənə bilər. Burada Türkiyə, İran və Çin daha çox önə çıxır. Belə olan halda bir daha Zəngəzur dəhlizi ilə bağlı məsələnin konkretləşməsi böyük önəm kəsb edir. Unutmaq olmaz ki, Zəngəzur lahiyəsinin bir hissəsi də Türkiyə ilə Rusiya arasında dəmir yolu vasitəsi ilə əlaqələrin yaranmasına xidmət edir. Burada Gürcüstan bağlantısının olması mümkün deyil. Gürcüstanla Rusiya arasındakı münasibətlər indi hər kəsə bəllidir. Çünki tranzit və kommunikasiya üçün burada zəruri siyasi şərait yoxdur. Hətta “3+3” platformasına Gürcüstan qoşulmayıb. Bu baxımdan Türkiyə ilə Ermənistan arasında kommunikasiyaların bərpası Rusiyanın maraqlarına daxildir.
-
Nida Xəbər 01:00
Ciorcia Meloni Azərbaycana gəldi
-
Magazin100:30
Manafa itki üz verdi - Yemək yedikləri yerdə qəfil öldü
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Şəxsi münasibətlərdə çətinliklər yarana bilər
-
İdman12 Noyabr 23:36
Ronaldinyo Bakıda belə qarşılandı - FOTO/VİDEO
-
Magazin112 Noyabr 23:00
Azərbaycanda boşananların məclisində oxuyan müğənni kimdir? - VİDEO
-
İdman12 Noyabr 21:27
Ronaldinyodan Bakı ilə bağlı paylaşım - Ona salam göndərdi / VİDEO
-
Sosial12 Noyabr 21:12
Estetik cərrahlardan şikayət edən onlar imiş - FOTO
-
İdman12 Noyabr 20:50
Zidan məşhur klubun təklifini RƏDD ETDİ: onu əvəzləyə bilərdi