Region
Tbilisi Avropalamentə etiraz məktubu göndərdi
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa Komissiyasının prezidenti Ursula Fon Der Leyenə məktub ünvanlayıb.
Publika.az xəbər verir ki, baş nazir məktubda Avropa Parlamentinin Gürcüstan barəsində qəbul etdiyi qətnamə və onun təsirlərindən söz açıb.
O bildirib ki, qətnamə özündə qeyri-dəqiqliyiəks etdirir:
"Bildiyiniz kimi, cari ilin 9 iyun tarixində Avropa Parlamenti Gürcüstan barəsində qətnamə qəbul etdi. Təəssüflər olsun ki, qeyd edilən qətnamə çox sayda təsdiqlənməmiş hissələri və faktiki qeyri-dəqiqliyi özündə əks etdirir. Bunlar barəsində ehtiyyac yaranacağı təqdirdə sizə detallı informasiya verməyə hazıram".
Baş nazirin sözlərinə görə, qətnamədə Bidzina İvanişvilinin hökumət üzərində nəzarət və Rusiya ilə əlaqələri kimi məsələlərdən söhbət açılır ki, bunlarla bağlı hər hansı bir fakt mövcud deyil:
"Avropa Parlamentinin qətnaməsində qeyd edilənlərin heç bir sübutu yoxdur və bütün bunlar Gürcüstandakı mövcud idarəetmə sisteminin etimadsızlaşdırılmasına yönəlib".
Onun sözlərinə görə, Avropa parlamenti tərəfindən qəbul edilən bu qətnamə Gürcüstan müxalifəti tərəfindən ölkə daxilində qütbləşmənin daha da dərinləşməsi üçün istifadə edilir. Baş nazir bildirib ki, qətnamənin təsirlərinin azaldılması üçün, Avropa Komissiyası öz mövqeyini ortaya qoymalıdır: "Avropa parlamentinin qətnaməsinin mənfi təsirlərinin təmamilə neytarallaşdırılması üçün, Avropa Komissiyasının öz kəskin mövqeyini ortaya qoyması önəmlidir", - deyə baş nazirin məktubunda bildirilir.
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp


























.jpg)
.jpg)





