Region
Ukrayna vilayətləri Rusiyaya birləşdirilir - Referendumun vaxtı açıqlandı
İlkin məlumatlara görə, Zaporojye vilayətinin statusu ilə bağlı referendum sentyabrın birinci yarısında keçirilə bilər.
Publika.az xəbər verir ki, bunu Zaporojye vilayətinin administrasiyasının baş şurasının üzvü Vladimir Roqov bildirib.
“Hər şey referendumun sentyabrın birinci yarısında keçirilməsinə doğru gedir. Hələlik dəqiq tarix deməyəcəm. Seçki komissiyaları formalaşdırılır”, - V.Roqov RİA Novosti-yə deyib.
Onun sözlərinə görə, referendumun hər iki regionda (Zaporojye və Xerson) eyni vaxtda keçirilməsi ehtimalı yüksəkdir, çünki təmas xəttində əldə edilən uğurlar sayəsində təhlükəsizlik təmin olunacaq.
“Düşünürəm ki, referendumun eyni gündə həyata keçirilməsi yaxşı ola bilər. Biz xersonlu həmkarlarımızla məsləhətləşmələr səviyyəsindəyik, çünki biz eyni şeyi edirik və eyni cəbhədə hərəkət edirik. Bəli, kifayət qədər real və ən yaxşı variantdır. Hər şey təhlükəsizlik şəraitindən asılı olacaq”, - deyə Roqov bildirib.
O əlavə edib ki, bu yaxınlarda administrasiya başçısının qərarı ilə Enerqodarda da seçki komissiyası yaradılıb.
Bundan əvvəl Xerson və Zaporojye vilayətlərinin administrasiyaları Rusiya Federasiyasının tərkibinə daxil olmaq məsələsi üzrə seçkilərin və referendumun keçirilməsi üçün regionda seçki komissiyalarının yaradıldığını elan etmişdilər. Hər iki bölgənin hakimiyyət orqanları referendumun 2022-ci ilin payızında keçiriləcəyini də bildiriblər.
Xüsusi əməliyyat zamanı Rusiya hərbçiləri Xerson vilayətini və Zaporojye vilayətinin Azov dənizi hissəsini nəzarətə götürüb. Hər iki regionda yeni administrasiyalar formalaşdırılıb, Rusiya telekanalları və radioları yayımlanır, Krımla ticarət əlaqələri bərpa olunur. Regionlar Rusiyanın bir hissəsi olmaq planlarını açıqlayıblar.
Səxavət
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)






.jpg)


