Region
Türkiyə Qara dənizə sualtı qayıq göndərdi - VİDEO
Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı Qara dənizə daxil olub.
Publika.az xəbər verir ki, bu barədə boğazdan keçən nəqliyyatın hərəkətini müşahidə edən Yörük Işık "Twitter"də məlumat verib.
O bildirib ki, qayıq Bosfordan keçib:
"Türkiyə Hərbi Dəniz Qüvvələrinin 209/1400 Gür tipli sualtı qayığı Qara dəniz istiqamətində Bosfor boğazından keçib".
Bundan əvvəl iki freqat - Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus “Yavuz” və “Yıldırım” Bosfor boğazından keçərək Qara dənizə daxil olub.
İyulun 22-də İstanbulda Ukrayna, Türkiyə, BMT və Rusiyanın dördtərəfli görüşü nəticəsində Ukrayna limanlarından taxıl və digər ərzaq məhsullarının ixracına dair razılaşmalar əldə olunub. O cümlədən, üçtərəfli formatda iki güzgü sazişi imzalanıb. İmzanı Ukrayna adından infrastruktur naziri Aleksandr Kubrakov, BMT adından BMT-nin baş katibi Antonio Quterreş, Türkiyə tərəfdən isə müdafiə naziri Hulusi Akar imzalayıb. Eyni formatda sazişi Rusiya adından Rusiyanın müdafiə naziri Sergey Şoyqu imzalayıb.
Ötən gün İstanbulda taxıl dəhlizləri boyunca hərəkətin monitorinqi ilə məşğul olacaq Birgə Koordinasiya Mərkəzinin rəsmi açılışı olub.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)