Region
Soçi görüşündən BRİKS-ə: Türkiyəyə hansı pəncərə açılacaq?
Rusiyanın "Russia Today" qəzetinin bir hissəsi olan "İnosmi" əlavəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Soçidə baş tutacaq görüşlə bağlı maraqlı iddialar səsləndirib. Bildirilir ki, görüş zamanı Putinin “türk lirəsinin yenidən dəyər qazanmasına kömək etmək üçün” Ərdoğanı BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasından ibarət olan qrup – red:) üzv olmağa dəvət edəcəyi ehtimal olunur.
Politoloq, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Publika.az-a açıqlamasında, bu təklifin görüşdə müzakirə obyektinə çevriləcəyinə inanmadığını bildirdi:
“Əgər belə bir üzvlük baş tutarsa, bu, ilk növbədə Türkiyənin ixrac əməliyyatları üçün daha əlverişli gömrük şəraiti yarada bilər. Qardaş ölkənin Avropa İttifaqı ilə bu məsələ ilə bağlı xüsusi razılaşmaları var və Aİ ölkələrinə xüsusi şərtlərlə ixrac həyata keçirilir”.
V.Putinin Türkiyə prezidentinə səsləndirəcəyi təklifin siyasi tərəflərinə gəlincə, politoloq, indiki mərhələdə Rusiyanın Türkiyəyə qarşı hansısa siyasi təsir mexanizmlərini işə salacağına inanmadığını dilə gətirdi:
“Tətbiq edilən sanksiyalardan sonra Rusiya xeyli zəifləyib. Bu məsələnin Azərbaycanla bağlı tərəfləri də var. Rusiyanın öz əlaqələrini gücləndirmək üçün irəli sürdüyü əsas şərtlərdən biri də dəmir yolunun olması ilə bağlıdır. Bu baxımdan Soçi görüşündə Zəngəzur dəhlizinin işə salınması və birgə istifadə olunması məsələsi gündəmə gələ bilər”.
Qeyd edək ki, qəzet Ərdoğanın Putinlə görüşünün önəminə diqqət çəkərək, Rusiyanın gücünün sarsıldığını və Putinin onu yenidən xilas etməyə hazır olduğunu iddia edib.
Politoloq hesab edir ki, bu yazı, Türkiyədə gözlənilən prezident seçkiləri ərəfəsində Ərdoğanın qarşılaşdığı bəzi problemləri qabartmaq üçün qələmə alınıb:
“Qəzet göstərmək istəyir ki, müxalifətin ona qarşı əsas iradları daxili iqtisadi problemlərlə bağlıdır. Ümumiyyətlə, iqtisadi əməkdaşlığın daha da genişlənməsi Türkiyə iqtisadiyyatının inkişafında yeni təkan olacaq”.
Rövşən Ziya
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə3 Avqust 21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək


























.jpg)
.jpg)






