Region
Duqin xəstəxanaya yerləşdirildi
Filosof və ictimai xadim Aleksandr Duqin qızının ölümündən sonra xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bunu politoloq, Dövlət Dumasının keçmiş deputatı Sergey Markov Gazeta.Ru-ya müsahibəsində bildirib.
O, Duqinin xəstəxanaya yerləşdirilməsini “özəl mənbədən” öyrəndiyini deyib. Eyni zamanda o qeyd edib ki, Duqinin vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil.
“Bu, özəl mənbədəndir. Vəziyyətdən xəbərim yox idi. Bu məlumat mənim üçün kifayətdir və şübhəsiz ki, Aleksandr Gelieviç indi dəhşətli vəziyyətdədir. Xəstəxanada olduğunu bilirəm, qalan detalları öyrənmədim. Yaşlı adamdır, dəqiq bilirəm ki, tam sağlam biri deyil. Belə bir dəhşətli faciə. Mən ona başsağlığı mesajı belə göndərmədim, çünki o, bu işlərlə məşğuldur. Şübhəsiz ki, onun qapısında ondan mümkün qədər çox məlumat almaq istəyən müstəntiqlər var. Buna görə də heç kimin diqqətini yayındırmaq lazım deyil. Sadəcə mənə dedilər ki, xəstəxanadadır, vəssalam. Başqa heç kimdən heç nə eşitməmişəm” , - Markov bildirib.
Qeyd edək ki, dünən Duqinin qızı Darya Duqinanın avtomobili Moskva vilayətində Bolşoye Vyazemi kəndi yaxınlığında partladılıb və terakt nəticəsində o, həlak olub.
Akqabay
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)