Region
Gürcüstanda bankda girov saxlanılanlar azad edildi, qarətçi HƏBS EDİLDİ - YENİLƏNDİ
Kutaisi şəhərində “Gürcüstan Bankı”nın filialında girov saxlanılan bütün şəxslər azad edilib.
Publika.az xəbər verir ki, onları girov götürən cinayətkar da saxlanılıb.
Qeyd edək ki, qarətçi girovların müqabilində iki milyon dollar tələb edirdi.
xxx
17:47
Gürcüstanın Daxili işlər naziri Vaxtanq Qomelauri “Bank of Georgia”nın Kutaisidəki filialına basqın edildiyi yerə gəlib.
Publika.az xəbər verir ki, çox güman ki, o, hazırda DİN-in yüksək rütbəli məmurları ilə təcili iclas keçirəcək.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, həkimlər də hadisə yerinə səfərbər olunur, lakin hələlik həkimlərin binada girovlara tibbi yardım göstərməsinə icazə verilmir.
Az əvvəl məlum olub ki, girov götürülənlərdən birinin səhhəti pisləşib.
Məlumat üçün bildirək ki, təxminən 4 saat əvvəl silahlı Kutaisidə "Bank of Georgia"nın filialına basqın edib. Üzərinə partlayıcı bombalar bağladığı iddia edilən şəxs Rusiya bayrağı, sprinter avromobili, helikopter və 2 milyon dollar tələb edir.
***
Hərbi geyimli basqınçının videoların birində dediyi sözlərə görə, 25-30 il həbsdə qalmaq niyyətində deyil.
Hücum edən şəxs polisə təslim olmayacağını bildirib ki, itirəcək heç nəyi yoxdur:
"25-30 il həbsdə qalmayacağam. Qadınları buraxmayacam, amma mən indi onlarla rəqs edəcəm. Pulu gətirin” - deyə o, qışqırıb.
Silahlı şəxs girovları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əvəz etmək təklifindən imtina edib və yenidən üzərindəki partlayıcı qurğularla partladacsğı ilə hədələyib.
Məlumat üçün bildirək ki, Kutaisinin Rustaveli prospektində banka hücum səhər saat 11:00-da baş verib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edən şəxs 12 nəfəri girov götürüb.
Əldə olan məlumata görə, girovlardan ikisi bank işçisi, qalanları isə müştərilərdir.
Tural Turan
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


