Region
İrəvanın məkrli planı: Nikolun NATO-nu bölgəyə gətirməsi məsələsi...
“Əvvəla onu qeyd edim ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın yenidən dirçəlməsi mümkünsüzdür. Sadəcə olaraq onu dirçəltmək istəyirlər. İrəvan da həmişəki kimi öz korporativ maraqlarına uyğun olaraq elə fikirləşir ki, bu dəfə də bir neçə stulda oturmaqla bundan yararlana biləcək. Buradan İrana yaltaqlanır, o tərəfdən Rusiyaya gah təzyiq göstərir, gah da yaltaqlanmağa çalışır. Digər tərəfdən Fransaya meyl etmək, Parisin tapşırıqlarını bu və ya digər formada yerinə yetirmək istəyir. Eyni zamanda İrəvan Vaşinqtonun da maraqlarını təmin etməyə cəhdlər göstərir. Bu isə mümkünsüzdür. Ona görə ki, Ermənistanın Baş naziri Nikol Paşinyanda çoxkombinasiyalı, peşəkar oyun qurmaq üçün bu qədər ağıl yoxdur”.
Bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Ermənistanla Azərbaycan arasındakı son gərginliyə və onun pərdəarxası məqamlarına toxunan politoloqun fikrincə, hazırda Ermənistanın maddi-texniki, iqtisadi imkanları da olduqca məhduddur:
“Buna görə də İrəvan bir neçə dövlətin marağını regionda təmin edə bilməyəcək. Eyni zamanda regionda marağı olan bu ölkələr bir-birinə rəqib dövlətlərdir. Hərəsinin öz marağı var. Buna görə də onların bir araya gələrək hansısa yolla Ermənistanı dirçəltmək və Azərbaycana qarşı kökləmək cəhdləri bir qədər utopik məsələdir. Digər tərəfdən Ermənistan qeyri-sabit dövlətdir və adətən öz korporativ maraqlarına xidmət göstərir. Ona rəhbərlik edən şəxs də siyasətdən xəbərsiz, qeyri-peşəkar fiqurdur. Adam kukla kimi hansı tərəfə əyirlərsə, o istiqamətə də əyilir. Yəni, Paşinyan “vanka-stanka”dır. Bizim dildə belələrinə “hacıyatmaz” deyirlər. Nikol Paşinyanın NATO-nu bölgəyə gətirməsi məsələsi də baş tutacaq məsələ deyil. Çünki burada təhlükəsizlik məsələləri adətən qruplaşdırılır. Bunlar da bir neçə qrupa ayrılır; dövlətlərin milli təhlükəsizliyi, kollektiv təhlükəsizlik və qlobal təhlükəsizlik məsələləri. NATO kollektiv təhlükəsizlik məsələləri ilə bağlı məsuliyyət daşıyır. Ermənistan həm də KTMT-nin üzvüdür. Bu baxımdan Ermənistanın NATO-nu bölgəyə gətirmək imkanları sıfıra bərabərdir. ABŞ-ın burada başqa maraqları var. Bundan əvvəl Birləşmiş Ştatlar Ukraynanı Rusiyanın qarşısına atdı və hazırda ABŞ Avropa İttifaqı ilə Rusiyanı çökdürməkdədir. Siyasətdə bumeranq effekti deyilən bir anlayış var. Təxminən yanvar-fevral aylarında bir çox Qərb dövlətləri ilə Rusiyanın maraqları üst-üstə düşəcək. O zaman “Kərəmi ağlamaq tutacaq”. Həmin vaxt ABŞ üçün çox ciddi problemlər yaranacaq”.
Ekspert düşünür ki, ABŞ dünyada çoxqütblü sistemi dəyişmək istəyir:
“Birləşmiş Ştatlar özünün birqütblü dünyada hegemonluq siyasətini həyata keçirməyə can atır. Ona görə də NATO xətti və “sülhməramlı” adı ilə Ermənistan-Azərbaycan sərhədinə qoşun yeritmək istəyir. Vaşinqtonun hazırda əsas marağı İran-Ermənistan sərhədini nəzarətə götürməkdir. ABŞ 1997-ci ildə hazırladığı planı – İranı 5 dövlətə parçalamaq missiyasını gerçəkləşdirməyə çalışır. Vaşinqton bu missiyada Ermənistanın Baş naziri Nikol Paşinyandan istifadə etmək istəyir, amma Paşinyan da hər şeyi üz-gözünə bulaşdırır. Qeyri-ciddi adamdır. Düşünürlər ki, Paşinyan bu işləri görə biləcək. Amma səhv fikirləşirlər. NATO-nun bölgəyə gətirilməsi ona görə mümkünsüzdür ki, elə Ukrayna-Rusiya müharibəsi də NATO-ya görə baş verib. Üstəlik, Ermənistanın bu platformaya qoşulmaq imkanları sıfıra bərabərdir. Ona görə də İrəvanın NATO-nun hansısa imkanlarından istifadə etməsi mümkünsüzdür".
Cümşüd Nuriyev hesab edir ki, Azərbaycanın bu istiqamətdəki imkanları daha güclüdür: "Çünki Türkiyə kimi müttəfiqi var və qardaş ölkə artıq 70 ildir ki, NATO-nun üzvüdür. Türkiyə ordusuna və gücünə görə NATO-da ikinci böyük dövlətdir. Ermənistan belə bir ağılsız addım atsa, bu addım onun özünün məhvinə gətirib çıxaracaq. Paşinyanın son addımları və açıqlamaları isə onun zəiflik psixologiyasından doğan amillərdir. Döyülən uşaq həmişə ya dayısına arxalanır, ya da hədələyir. Paşinyan da dəmir yumruğun zərbəsini dadandan sonra sərsəmləməyə başlayıb. Kimlərinsə buyruğu ilə oturub-duran bir adamın Ermənistanı ağ günə çıxarması mümkünsüzdür. Sonuncu raundu da Prezident İlham Əliyev qazandı. Bundan sonra Ermənistanın ayağa qalxıb Azərbaycanla döyüşməsi sıfıra bərabərdir”.
Tural Turan
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla