Region
Rusiya Şimali Kipr Türk Cümhuriyyətində KONSULLUQ AÇIR
"Rusiya Şimali Kipr Türk Cümhuriyyəti ilə hava əlaqəsi yaratmağa və Şimali Nikosiyada (və ya Şimali Lefkoşa - Lefkoşa Türk Bələdiyyəsi) konsulluq məntəqəsi açmağa hazırlaşır, bu, ilin sonuna qədər baş verə bilər".
Publika.az xəbər verir ki, bu barədə yüksək səviyyəli məlumatlı mənbələr "İzvestiya"ya məlumat veriblər.
"Uçuşların başlanması və məntəqənin açılması diplomatik tanınma demək deyil - bu, Kiprin şimalında yaşayan təxminən 10 min Rusiya vətəndaşlarına xidmət etmək üçün ediləcək", - həmsöhbətlər qeyd ediblər.
"Eynilə, Qərb ölkələri adanın şimal hissəsində konsulluq ofislərini açır, onları “ofis” adlandırır və Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) yerləşdiklərini qeyd etmirlər. Ankara yalnız ŞKTC-yə uçuşların başlanmasını alqışlayacaq, lakin bu addım çətin ki, Türkiyənin Krımla bağlı mövqeyini dəyişsin" - bu barədə Türkiyə parlamentindən "İzvestiya"ya məlumat verilib.
Xatırladaq ki, sentyabrın 20-də “Milliyet” qəzeti mənbələrə istinadla xəbər verib ki, Rusiyanın iki aviaşirkəti beynəlxalq səviyyədə tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) uçuşlar həyata keçirməyi planlaşdırır.
Nəşrin məlumatına görə, uçuşlar noyabrın 15-də, ŞKTC-də yeni Ercan Hava Limanı açıldığı zaman başlayacaq. Mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələcəyi iddia edilir.
1974-cü ildə adanın Yunan və Türkiyə dövlətlərinə bölünməsindən sonra ŞKTC-nin müstəqilliyini yalnız Ankara tanıyıb.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


