Region
Kiyevdə kritik infrastruktur obyektlərinə zərbələr endirildi
Kiyevin hərbi administrasiyası "Telegram-kanal"ında şəhərin kritik infrastruktur obyektlərinə zərbələr endirilməsi barədə məlumat yayıb.
Publika.az xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib ki, mərkəzdə iki partlayış baş verib.
“Daha iki partlayış Şevçenko rayonunda qeydə alınıb. Sığınacaqlarda qalın!" – o, "Telegram-kanal"ında yazıb.
Odessada partlayışlarla bağlı da məlumat var.
Ötən gecə və səhər saatlarında hakimiyyət Kiyev və Kiyev vilayəti, Odessa, Nikolayev, Poltava və Çerkassı vilayətlərində hava həyəcanı elan edib.
Son bir həftə ərzində Rusiya silahlı qüvvələri Ukraynanın hərbi komandanlıq və idarəetmə, rabitə və enerji sistemləri obyektlərinə uzaqmənzilli silahlarla zərbələr endirib. Ən kütləvi zərbələr 10 və 11 oktyabrda baş verib. Vladimir Putinin oktyabrın 10-da Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə dediyi kimi, bu, Krım körpüsündə Kiyevin təşkil etdiyi terror aktına və Rusiyada mülki obyektlərə edilən digər hücumlara cavabdır.
Ukraynanın energetika naziri German Qaluşenkonun sözlərinə görə, bir gün yarım ərzində ölkənin enerji infrastrukturunun təxminən 30 faizi raket zərbələri nəticəsində dağıdılıb.
Səxavət
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


















.jpg)

















.jpg)

.jpg)