Region
Baş nazir: “Sanksiyalar Rusiyanı yox, Avropanı zəiflədib”
Anti-Rusiya sanksiyaları Rusiyaya deyil, Avropa iqtisadiyyatına ziyan vurur - o, tənəzzülə doğru gedir.
Publika.az xəbər verir ki, bu sözləri Səmərqənddə Türk Dövlətləri Təşkilatının liderlərinin toplantısında çıxışı zamanı Macarıstanın Baş naziri Viktor Orban deyib.
Cənab Orbanın sözlərinə görə, Aİ Rusiyanı zəiflətmək və onu sülhə məcbur etmək istəyirdi, lakin bunun əksi baş verir. O, Avropanın Ukrayna münaqişəsinə getdikcə daha çox cəlb olunduğunu, Kiyevi silahla təmin etdiyini qeyd edib və onu sülh yolu ilə həll etməyə çağırıb.
Macarıstanın baş naziri özünün "Facebook" səhifəsində sanksiya əvəzinə iqtisadi əməkdaşlığa çağırıb və Səmərqənddə bəzi mühüm sazişlərin bağlandığını bildirib.
Macarıstan Rusiyadan, xüsusən də Rusiya yanacağından güclü iqtisadi asılılığına görə anti-Rusiya sanksiyalarına qarşıdır. Oktyabrın sonunda Budapeşt Aİ-nin Rusiya enerjisinə qarşı sanksiyalarının qarşısını alacağını bəyan edib. Kiyev hesab edir ki, Viktor Orbanın sanksiyaların səmərəsizliyi ilə bağlı açıqlamaları Rusiya təbliğatının nəticəsidir.
Səxavət
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)






















.jpg)
.jpg)

