Region
Ərdoğandan Rusiyaya SƏRT İRAD: "Öhdəlik götürdü, lakin bacarmadı"
"Rusiya 2019-cu ildə Kobanini terrorçulardan təmizləməyi öhdəsinə götürüb, lakin bunu bacarmayıb, ona görə də Türkiyə bunu təkbaşına edəcək".
Publika.az xəbər verir ki, CNN Türk -ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.
“Bu dəfə iki mühüm bölgə hədəfə alınıb: onlardan biri – Şimali İraq, digəri – Suriyanın şimalı. Biz bu bölgələrlə bağlı addımlar atmışıq və atacağıq. 2019-cu ildə Soçidə ruslarla əldə edilmiş razılaşmamız da var. Onlar ərazinin (Kobani - red.) terrorçulardan təmizlənməsinə cavabdeh idilər. Təəssüflər olsun ki, onlara dəfələrlə xatırlatmağımıza baxmayaraq, bunu etməyiblər, edə bilmirlər", - Ərdoğan bildirib .
Onun sözlərinə görə, bu məsələni Türkiyə özü üzərinə götürüb:
"Biz dedik ki, biz kənarda durmayacağıq və onlar (ruslar - red.) özləri bunu edə bilməsələr, oradakı terrorçulara qarşı addımlar atacağıq. Bunun bir hissəsi olaraq, dünən Kobanidə yerləşən terrorçulara qarşı 12 hədəfi zərərsizləşdirdik, onları vurduq".
Hüseyn İbadlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

















.jpg)


















.jpg)

.jpg)