Region
Ərdoğan: "Bəşər Əsədlə görüşə bilərəm"
"Suriya Prezidenti Bəşər Əsədlə görüşə bilərəm".
Publika.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Türkiye liderinin sözlərinə görə, siyasətdə inciklik olmaz: “Əgər uyğun şərtlər olarsa, lazımi addımlar atarıq”.
Qeyd edək ki, Hafiz Əsədin (1971-2000) hakimiyyəti illərində Suriyanın PKK terror qruplaşmasına verdiyi dəstəyə, xüsusi ilə qruplaşmasının rəhbəri Abdulla Öcalanın Suriyada gizlənməsinə görə rəsmi Ankara ilə Dəməşq arasında münasibətlər gərgin olub.
1998-ci ilin oktyabr ayında Suriya hökumətinin A.Öcalanı deportasiya etməsindən sonra iki ölkə arasında münasibətlər normallaşıb.
H.Əsədin ölümündən sonra oğlu Bəşər Əsədin hakimiyyətə gəlməsi ilə Ankara-Dəməşəq əlaqələri inkişaf edib.
Lakin Suriya vətəndaş müharibəsi ərzində Türkiyənin Azad Suriya Ordusuna dəstək verməsi səbəbilə (2011-ci il) iki ölkə arasındakı münasibətlər yenidən gərginləşib və diplomatik əlaqələr dayandırılıb.
2012-ci ilin iyun ayında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-4" döyüş təyyarəsinin Suriya tərəfindən vurulmasından sonra rəsmi Ankara NATO-ya təcili toplanma çağırışı edib. Həmin ilin oktyabrında Suriyadan Türkiyə ərazisinə top mərmisi atılmasından sonra Türkiyə tərəfi Suriya ilə sərhəd boyunca "MIM-104 Patriot" hava hücumundan müdafiə sistemlərini yerləşdirib.
2013-cü ilin sentyabr ayında isə Suriya Silahlı Qüvvələrinə məxsus bir ədəd "Mi-17" helikopteri sərhədi keçdiyinə görə türk qırıcıları tərəfindən vurulub.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
































