Region
Rusiya mediası Ərdoğandan yazdı: 2022-ci ilin ən uğurlu siyasətçisi...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsində vasitəçilik rolu dünya mətbuatında yer almağa davam edir.
Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, Rusiyanın “Kommersant” qəzetində dərc olunan məqalədə prezident Ərdoğan 2022-ci ildə dünyanın ən uğurlu siyasətçisi adlandırılıb.
“Qərb və Şərq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan asılı vəziyyətə düşüb” , - məqalədə qeyd olunub. Eyni zamanda “Əvəzolunmaz” siyasi xadim olduğu vurğulanıb.
Kirill Krivoşoyevin yazdığı siyasi təhlildə deyilir ki, Ərdoğan 2022-ci ildə dünyanın ən uğurlu siyasətçisi adlandırıla bilər, çünki o, xüsusi hərbi əməliyyat başlayandan bəri münaqişə tərəfləri arasında demək olar ki, vasitəçi statusunu qoruyub saxlayır.
Təhlildə Rusiya ilə Qərb ölkələri arasında davam edən böhranda Türkiyənin əvəzsiz rolu olduğu qeyd olunub, həmçinin enerji məsələsinə də toxunulub. Krivoşoyev bəyan edib ki, Türkiyə bir çox məsələlərdə, o cümlədən Rusiya ilə Qərb arasında enerji böhranında qazın paylanmasında rolu ilə seçilir. Prezident Ərdoğanın liderliyi ilə imzalanan Taxıl Müqaviləsini işıqlandıran qəzetdə həmçinin Türkiyənin NATO-da mühüm söz sahibi olduğu, o cümlədən Finlandiya və İsveçin alyansa daxil olmaq üçün müraciətində qətiyyətli mövqe tutduğu yazlıb.

Aytən Məftun
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

