Region
Abdullahiyan Ankaraya niyə getdi? - Cənubi Qafqaz detalı
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyə rəsmiləri ilə görüşüb danışıqlar aparmaq üçün siyasi nümayəndə heyətinin müşayiəti ilə bu gün səhər Ankaraya yola düşüb.
Publika.az İSNA-ya istinadla xəbər verir ki, Abdullahiyan Türkiyə rəsmiləri ilə görüşdə iki ölkə arasında müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələri, mühüm regional və beynəlxalq məsələləri müzakirə edəcək və fikir mübadiləsi aparacaq.
“Mehr” agentliyinin yazdığına görə, Abdullahiyan Ankaraya səfərinin məqsədini mətbuat mənsublarına açıqlayıb.
“Regional hadisələrə görə bu gün həm Moskvada, həm də Ankarada olmalıydım. Lakin Moskva səfərinin təxirə salınması və Ankara səfərinin bu gün keçirilməsi qərara alındı. Ankara səfəri çərçivəsində ikitərəfli münasibətlər müzakirə ediləcək. Türkiyə lideri ilə İran prezidenti arasında görüş planlaşdırılır. Bu mövzu da səfərin gündəmində olacaq”, - nazir bildirib.
Cənubi Qafqazda baş verən proseslərə və regionun təhlükəsizliyi ilə bağlı müxtəlif regional məsələlər üzrə məsləhətləşmələrə toxunan Əmir Abdullahiyan deyib: “Bu sahədəki inkişaflar cənab Prezident hökumətinin baxışı çərçivəsində çox mühüm tələbdir”.
Abdullahiyan Türkiyəyə səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. Görüş zamanı tərəflərin regional və qlobal məsələlər, xüsusilə də ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.
Akqabay
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)






















.jpg)
.jpg)

