Region
Türkiyədən ABŞ-a Gülən xəbərdarlığı: Heç kim susqunluq gözləməsin
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib ki, Ankara Vaşinqtondan Fətullah Gülənin ABŞ-dakı tərəfdarlarının fəaliyyətinin dayandırılması üçün tədbirlər görəcəyini gözləyir.
Publika.az xəbər verir ki, bu barədə o, “Anadolu” agentliyinə məlumat verib.
Onun sözlərinə görə, ABŞ "terrorizmlə mübarizədə prinsipial, ardıcıl, qəti və effektiv yanaşma nümayiş etdirməlidir".
Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirmişdi ki, Ankara ABŞ-dan Suriyanın şimalında terror təşkilatlarına qarşı mübarizədə tərəfdaşlıq ruhuna sadiq qalmasını gözləyir.
Onun sözlərinə görə, ölkədə və birbaşa onun hüdudlarından kənarda terror təhlükəsi olduğu halda Türkiyədən heç kim susqunluq gözləməməlidir.
O əlavə edib ki, Ankara hardan olmasından asılı olmayaraq birtərəfli siyasətin tətbiqini qəbul etmir və ABŞ-la münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf etdirməyə ümid edir.
Ayşən
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi












.jpg)









.png)











