Region
Ankara sülh danışıqları üçün əsas şərtləri AÇIQLADI
"Rusiya və Ukrayna arasında sülh danışıqlarının başlanması istiqamətində mühüm addım tərəflərin atəşkəs imzalaması olmalıdır".
Publika.az xəbər verir ki, bu şərti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, İstanbul Altınbaş Universitetinin rektoru Çağrı Erhan Lente.ru-ya müsahibəsində açıqlayıb
Oxatırladıb ki, tərəflər əvvəllər atəşkəs barədə razılığa gəliblər, lakin çox qısa müddətə:
"İndi Rusiya və Ukrayna nazirlər səviyyəsində danışıqların təşkili üçün ən azı bir ay müddətinə atəşkəs barədə razılığa gəlməlidirlər ki, orada sülhün bağlanması artıq ətraflı müzakirə olunacaq. Hazırda belə şərait yaratmadan sülh danışıqları aparmaq mümkün deyil.
"Hər bir tərəf yəqin ki, atəşkəs üçün öz ilkin şərtlərini irəli sürəcək. Kiyevin timsalında, belə bir şərt Zaporojye AES-in Ukraynanın və ya ən azı MAQATE-nin nəzarətinə verilməsi ola bilər ki, bununla da Rusiyanın razılaşa bilməyəcəyi ehtimal olunur. Ancaq Ukraynanın heç bir tələbini təmin etmədən atəşkəs barədə razılığa gəlməyin mümkün olacağını düşünmürəm. Kiyev münaqişənin davam etdirilməsində maraqlı olan Qərbin təzyiqi altındadır”, - deyə Erhan vurğulayıb.
Hüseyn İbadlı
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































