Region
Ərdoğana qarşı şok əməliyyat: detallar ortaya çıxdı - FOTOLAR
Türkiyədə “altılı masa”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun məsciddə səccadənin üzərində ayaqqabı ilə foto çəkdirməsi əsas müzakirə mövzularından biridir.
Publika.az xəbər verir ki, K.Kılıçdaroğlu bu hərəkətinə görə üzr istəyib. Buna paralel olaraq, müxalifət Kılıçdaroğlunu “təmizə çıxarmaq” üçün kampaniyaya da start verib.
Bu kampaniyanın əsas istiqamətlərindən biri də Rəcəb Tayyip Ərdoğanın məscidə ayaqqabı ilə girməsinə dair iddialardır.
Türkiyə prezidentinə qarşı ictimai rəyin çaşdırılması əməliyyatı "Tvitter" üzərindən həyata keçirilib. Başlanan kampaniyada Ərdoğanın cümə namazında ayaqqabı ilə namaz qıldığı görüntüləri dövriyyəyə buraxılıb.

Saxta foto
Dezinformasiya ilə mübarizə mərkəzi yayılan fotonu araşdırıb. Məlum olub ki, bu görüntülər fotomontajdır. Fotonun orjinalı isə Livanın baş naziri Saad Haririyə aiddir. Montajla Haririnin üzünün yerinə Ərdoğanın üzü qoyulub və dövriyyəyə buraxılıb.

Gerçək foto
Əsl foto isə 2016-cı ildə Səudiyyə Ərəbistanın kralı Salma bin Əbdüləzizlə Livanın baş naziri Ramazan bayramında birgə namaz qılarkən çəkilib.

Gerçək foto
Digər yalan fotoda Ərdoğanın məscidə ayaqqabı ilə girməsi əks olunur. Bu foto da montaj olunub və Ərdoğanın üzü başqa şəxsin üzü ilə dəyişdirilib.

Saxta foto
“Prezident Ərdoğan məscidə ayaqqabı ilə girdi” başlığı ilə paylaşılan bir foto isə ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə Türkiyə prezidentinin Ayasofya (2009-cu ildə muzey idi) və Sultanəhməd məscidini ziyarəti ilə bağlıdır. Ərdoğanla Obama məscidə ayaqqabılarını çıxararaq daxil olub. Lakin foto montaj vasitəsilə dəyişdirilib.

Gerçək foto
Ərdoğanın məscidə ayaqqabı ilə daxil olmasına dair digər fotoların da montaj olduğu isbat edilib.
Asif
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial15 Aprel 17:23Əli Əsədov yeni qərar imzaladı






.jpg)




.jpg)




















