Region
Rusiyada vəziyyət yaxşı deyil, Putinin səfəri onu göstərdi ki... - Kəşfiyyat icmalı
"Rusiya prezidenti Vladimir Putinin Ukraynanın işğal olunmuş ərazilərinə səfəri göstərdi ki, Ukraynadakı Rusiya qüvvələrinin ilkin təşkilatlanması, çox güman ki, ağır itkilərə görə dəyişib".
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir .
2023-cü il aprelin 18-də Kreml prezident Putinin Ukraynanın Rusiya tərəfindən işğal olunmuş cənub ərazisinə səfəri ilə bağlı press-reliz yayıb. Bu, Dnepr Qüvvələr Qrupunun mövcudluğuna dair ilk qeydlərdən biridir. Hesabatda deyilir ki, Rusiya “qoşun qrupu” ifadəsini konkret mənada istifadə edir və bu, böyük, xüsusi təşkil olunmuş əməliyyat birləşməsini nəzərdə tutur.
İşğalın başlanğıcında rus qoşunları hər biri Rusiyanın Qərb və Mərkəzi Qüvvələr Qrupları kimi fərqli bir hərbi dairəyə təyin edilmiş qoşun qruplarına bölünürdü. Britaniya kəşfiyyatçılarının fikrincə, yeni görünən Dnepr Qüvvələr Qrupunun mövcudluğu qüvvələrin ilkin təşkilinin, ehtimal ki, ağır itkilər səbəbindən dəyişdiyini göstərir.
Hesabatda deyilir ki, Dnepr Qüvvələr Qrupunun missiyası, ehtimal ki, işğal edilmiş zonanın cənub sektorunu və xüsusilə hazırda Dnepr çayı ilə məhdudlaşan cənub-qərb cinahını qorumaqdır.
Ağ Ev hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynanın işğal olunmuş ərazisinə səfəri o deməkdir ki, Rusiyada vəziyyət yaxşı deyil.
Ayşən
-
Nida Xəbər 16:28“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir”
-
Qarabağ 14:15Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR
-
ABŞ13:45Tramp Makronun “fatihə”sini verdi: Heç kimə lazım deyil, tezliklə…
-
Region12:48Tramp Paşinyana da dəvət göndərdi: Nə cavab verib?
-
Nida Xəbər 12:36Məzahir Pənahov vəzifədən gedir? - ÖZÜ DANIŞDI
-
Maraq dünyası11:46Qışda böyük yüksəliş: 5 bürc varlanacaq
-
Sağlamlıq11:25Dünya bu il yeni pandemiya ilə üzləşəcək: TƏHLÜKƏ QAPIDA
-
Nida Xəbər 10:21Türkiyə XİN-dən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO








.jpg)





























