Region
Blinken və Mişel Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi
ABŞ dövlət katibi Entoni Blinken Avropa Şurasının rəhbəri Çarlz Mişel ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Publika.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Bundan əvvəl Aİ Ermənistan və Azərbaycan liderlərinin mayın 14-də Brüsseldə görüşmək barədə razılığa gəldiyini bildirilib.
"Bu gün Avropa Şurasının prezidenti Çarlz Mişel ilə Ukraynaya yardım, Cənubi Qafqazda sülh və dərin transatlantik tərəfdaşlığımızı müzakirə etməkdən məmnunluq duyuram", - Blinken tvitter hesabında yazıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar aparılıb, müzakirələr 4 gün davam edib.
Nazirlər 2 dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Lakin görünən odur ki, revanşist cəmiyyət və dövlət olan Ermənistan öz çirkin əməllərindən əl çəkmir. Sülh danışıqları istiqamətində müsbət rəylərin formalaşdığı və gözləntilərin olduğu bir dönəmdə Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutaraq qəsdən təxribat törətməsi də bunun göstəricilərindəndir.
Ayşən
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


