Region
Çexiya Rusiyanın "Drujba"sına alternativ tapdı
Çexiya Rusiyanın “Drujba”sını əvəz etmək üçün transalp neft kəmərinin ötürmə qabiliyyətini artıracaq.
Çexiyanın neft kəməri operatoru Mero şirkəti transalp neft kəmərinin ötürmə qabiliyyətinin artırılması üçün "TAL" konsorsiumunun səhmdarları ilə razılığa gəlib. Şirkət respublikanın neft mənbələrini diversifikasiya etmək və Rusiyanın “Drujba” boru kəməri ilə tədarükdən asılılığını azaltmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə Çexiyanın baş naziri Petr Fialaya istinadən məlumat yayılıb .
"TAL" neft kəmərinin ötürmə qabiliyyətinin artırılması Çexiyaya hər il yeddi-səkkiz milyon ton neft almağa imkan verəcək. Onun imkanlarını genişləndirmək üçün işlər təxminən il yarım çəkəcək və 65 milyon avro investisiya tələb olunacaq.
Fiala görə, respublika 2025-ci ilə qədər Rusiya neftindən asılılığını aradan qaldıracaq.
"TAL" boru kəməri dünyanın hər yerindən neft tankerlərinin gəldiyi İtaliyanın Trieste liman şəhərindən başlayır. Oradan neft Almaniyaya, daha sonra isə IKL kəməri ilə Çexiyaya çatdırılır.
Hazırda Avropa Rusiya neftinin və neft məhsullarının dənizə nəqlindən imtina edib.
Ayşən
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO









.jpg)
.jpg)
.jpg)




















