Region
Gürcüstandan daha bir müəmmalı addım: Rusları Avropaya daşıyacaq
Gürcüstanın "Georgian Airways" aviaşirkəti ruslar üçün Avropaya tranzit uçuşlar həyata keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə şirkət təsisçisi Tamaz Qayaşvili məlumat verib.
Onun sözlərinə görə, iyunun 15-dən Rusiya vətəndaşları Avropanın 5 şəhərinə uçuşlar əldə edəcəklər. Turistlər Tbilisidən Milan, Paris, Vyana, Larnaka və Salonikiyə uça biləcəklər.
“Gəlin bu işin necə getdiyini görək. Düşünürük ki, bu marşrutlara kifayət qədər tələbat olacaq. Digər istiqamətlərə nisbətən Tbilisi vasitəsilə daha rahat və daha sürətli olacaq”,- Qayaşvili deyib.
O qeyd edib ki, “Georgian Airways”in proqnozlarına əsasən, Rusiya Federasiyası ilə Gürcüstan arasında sərnişin axını tədricən bərpa olunacaq.
“Təbii ki, biz Rusiya ilə hava əlaqəsini saxlayacağıq. Bununla heç nə olmayacaq. Gürcüstan hökuməti bu qərarı çox səmimi qarşıladı. Allah nəsib eləsin ki, bir daha kəsilməsin”.
Xatırladaq ki, mayın əvvəlində Gürcüstanın baş naziri İrakli Qaribaşvili demişdi ki, Rusiya ilə birbaşa aviareyslərin açılması təbii prosesdir. Hökumət başçısı vurğulayıb ki, iki dövlət arasında uçuşlar Rusiya Federasiyası ərazisində yaşayan milyonlarla etnik gürcü üçün vacibdir.
Ayşən
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


















.jpg)

















.jpg)

.jpg)