Region
Ölkədən qaçan ruslar geri qayıdırlar - Bu səbəblərə görə
Müharibə başlayanda Rusiyanı tərk edən vətəndaşlarının əksəriyyəti artıq geri qayıdıb.
Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
"Onlar artıq yavaş-yavaş başa düşüblər ki, insanın evi ailəsinin, qohumlarının, dostlarının və öz ana dilinin olduğu yerdir. Bir çoxu da az sayda dövlətin Rusiyadakı kimi yaşamaq üçün belə şərait təmin edə biləcəyini başa düşüb və rahatlığa qayıtmaq qərarına gəlib",- spiker deyib.
Volodinin fikrincə, bəziləri “Qərb dövlətlərinin rusofob siyasəti”nin təsirinə düşür, digərləri isə “sanki ikinci dərəcəli rəftarla” üzləşməli olurlar.
Volodin sözlərini dəstəkləmək üçün təklif edib ki, vətəndaşlar Çexiya Prezidenti Petr Pavelin xaricdə yaşayan Rusiya vətəndaşlarını “konsentrasiya düşərgələrinə göndərməyi” təklif edən bəyanatını oxusunlar.
“Belə sözlərdən sonra hələ də Qərb ölkələrində qalan vətəndaşlarımız hara getdiklərini və onları nələrin gözlədiyini düşünməlidirlər”, - Volodin xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu halda düzgün addım atmaq, “nəhayət başını arxaya çevirib baxmaq” və Rusiyaya qayıtmaq fürsətindən istifadə etmək olar.
Ayşən
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır











.jpg)
.jpg)

.jpg)







.jpg)














