Region
Yemək dərdi çəkən Lavrov, arxada qalan Dima və... - Soçi görüşündə nələr baş verib?
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü dünyanın diqqət mərkəzində idi: liderlər “taxıl anlaşması”ndan tutmuş Ukrayna münaqişəsinə, Cənubi Qafqaz, Yaxın Şərq bölgələrindəki vəziyyətdən başlamış, ikitərəfli münasibətlərə qədər geniş gündəmi müzakirə etdi;
“Kommersant” nəşrinin xüsusi müxbiri Andrey Kolesnikovun Ərdoğanla Putinin Soçidə “Rus” sanatoriyasında baş tutan görüşünə dair qeydləri isə detalları anlamaq baxımından əhəmiyyətlidir.
Publika.az Kolsenikovun görüşdən hazırladığı reportajın vacib məqamlarını təqdim edir:
- Görüş erkən başladı. Türkiyə prezidentinin təyyarəsi, eləcə də Rusiya nümayəndə heyətinin üzvləri və jurnalistlərin olduğu təyyarə enməzdən öncə Soçidə yağış kəsdi, günəş qəzəblə alovlandı və yarım saat ərzində şəhərin küçələri elə qurudu ki, sanki bir aydır yağış yağmayıb.
Rusiya nümayəndə heyətinin üzvləri görüş otağına türkiyəli həmkarlarından tez gəldilər.
- Oh, banket zalı! – Rusiya xarici işlər naziri Sergey Lavrov həddən artıq canlandı – Əla, əla...
Lakin onun gözləntiləri özünü doğrultmadı. Daha dəqiq desək, gözləntiləri tam tərsinə oldu. Yəni onu ziyafət zalında fotojurnalistlər gözləyirdi.
Və cənab Lavrov kresloya əyləşərək, yalvardı:
- Əsas qonaqları gözləyin! Zooparkda özümü necə hiss edirəm?!
Lavrova xüsusi məhəbbəti ilə tanınan fotojurnalistlər isə amansız idilər. Əksəriyyətində müasir səssiz kameralar var, lakin sıralarında köhnə dəbli kamerası ilə durmadan çıqqıldadan biri də var idi. Bu, MK-nın (Moskovskaya komsomolskaya) fotomüxbiri idi. Fotoqraflar nazirin onlara diqqət yetirməsinə görə ona borclu idilər.
Rusiya nümayəndə heyətində o qədər təmsilçi var idi ki, kənd təsərrüfatı naziri Dmitri Patruşev jurnalistlərin arxasında dayandı.
Nazirdən soruşdum:
- Qəribə deyilmi, ilk növbədə “taxıl anlaşması” müzakirə olunur, lakin siz sonda dayanmısınız?
- Biz bunu edirik! – Patruşev izah etdi – qərar verənlər oradadır – dedi və əlini Putinlə Ərdoğanın əyləşəcəyi boş oturacaqlara tuşladı.
“Lakin hələ nəsə qərar verilməyib və ya həyata keçirilməyib. Bəlkə də yaxşılığa doğrudur” – Dmitri Patruşev gözlənilmədən dedi.
Bu, onun yaxşı yetişdirilməsindən, hətta zəkasından xəbər verir. Bu anda protokol işçisi ziyafət salonuna qaçdı və operatorlardan birini görərək, sakit, amma sərt şəkildə dedi:
- Dima, sən artıq gedə bilərsənmi?!
Cənab Patruşev bunun ona deyildiyini düşünərək, instinktiv olaraq yarım addım geri çəkildi.
Nümayəndə heyətinin bütün üzvlərindən sonra ziyafət zalına müdafiə naziri Sergey Şoyqu daxil oldu. Burada onun planlarına jurnalistlərlə danışıqlar daxil deyildi.
Ərdoğan Soçi görüşünə böyük əhəmiyyət verirdi. “Taxıl anlaşması”nın tarixi onun fikrincə, bütün dünya tərəfindən böyük diqqətlə izlənilir. Türkiyə prezidenti isə ümid edir ki, danışıqlardan sonra keçiriləcək mətbuat konfransında liderlər çoxdan gözlənilən nəticəni açıqlayacaqlar. Bundan əlavə, Ərdoğan Rusiyanın Türkiyədə yanğınların söndürülməsi üçün verdiyi təyyarəyə görə Putinə təşəkkür etdi. Putin təyyarələrlə bağlı hekayədən çox məmnun görünürdü. O, təyyarələrlə bağlı bir neçə əlavə etdi. Həqiqətən də bu mövzu maraqlı görünə bilərdi, amma uzun müddət müzakirə oluna bilməzdi, çünki “təyyarə” və “yanğın” sözləri iki ölkə arasındakı münasibətlərdə yaxın keçmişlə ağır assosasiya yaradır.
Danışıqlar qısa sürdü. Naharda pomidor və Yerusəlim artişoku ilə kefal filesi, mal əti ilə xarço şorbası, tərəvəzli kefal verilirdi. Əvvəllər daha mürəkkəb menyu olurdu, indi bir az sadələşib. Bəlkə də Qara dəniz menyusuna üstünlük vermək istəyiblər. Qara dəniz: Türkiyə və Rusiyanın ortaq nöqtəsidir.
Mətbuat konfransında hər iki prezident, yumşaq desək, həvəsli görünmürdülər. Ərdoğan “Taxıl anlaşması” haqda çox da danışmadı. Görünür, nəticə müsbət olmayıb. Putin “bu qərarı verməyə məcbur olduqları” haqda əvvəlki sözləri təkrarladı: Rusiyanın tələblərinə məhəl qoyulmadı!
“Artıq buna dözmək olmaz” – dedi. Afrikaya pulsuz taxıl çatdırılacağını, bunun yaxın iki-üç həftə ərzində başlayacağını qeyd etdi.
Türkiyəli jurnalistlərin “taxıl anlaşması” haqda suallarını cavablandırdı. Lakin bundan əvvəl qeyd etdi ki, Ərdoğanın iştirakı ilə atəşkəs danışıqları aparılır.
- Biz bəzi yeni təşəbbüslər (Ukrayna tərəfinin) haqqında eşitmişik, lakin bu, bizimlə heç vaxt müzakirə olunmayıb. Ona görə də yeni heç nə dərk etmirik – deyən Vladimir Putin açıq şəkildə işarə vurdu ki, əgər ona müraciət edilərsə, bəlkə nəyisə dərk etməyə başlayacaq.
“Taxıl anlaşması”nın bərpasının mümkünlüyünə gəlincə, hər dəqiqə nikbinlik azalırdı.
- Rusiya tərəfinin maraqları naminə bir sıra öhdəliklərin yerinə yetirilməsi haqda BMT ilə razılaşma oldu. Müqavilə başa çatandan sonra heç bir öhdəlik yerinə yetirilmədi, bizdən onu uzatmağı xahiş etdilər... hər şeyi yerinə yetirəcəklərinə dair söz verdilər – Putin dedi və əlavə etdi – Biz uzatdıq... Sonra üçüncü dəfə müddətin uzadılması istənildi. Və həmişə olduğu kimi, bizi aldatdılar.
Hər şey aydın idi, bu sövdələşmə artıq mövcud deyil və olmayacaq da, çünki Rusiya şərtləri əvvəlki kimi yerinə yetirmək fikrində deyil. Dmitri Patruşevin ziyafət zalında tələsik dediyi sözləri xatırlamağa dəyər: bəlkə də yaxşlığa doğrudur!
“Bu il yaxşı məhsul götürəcəyik” deyən Rusiya prezidenti baş verənlərdən heç olmasa həzz almağa çalışırdı. “Keçən il 156 ton idisə, bu il 130 milyon ton olacaq... Elədir, Dima?”
Dmitri Patruşev instinktiv olaraq başını tərpətdi. Bu dəfə söz ona deyilmişdi.
- İxrac potensialı 60 milyon ton səviyyəsində qalır. Türkiyə bizim böyük tərəfdaşımızdır. Türkiyənin böyük unçəkmə sənayesi var, biz bilirik ki... – Putin Ərdoğana arxayınlıqla baxdı – Biz Türkiyənin maraqlarını təmin edəcəyik. Biz kasıb ölkələrə yardım etməyə başlayacağıq. Nə qədər? Hər birinə 25-30 milyon ton verəcəyik?
Dmitri Patruşev donub qaldı. “Minlərlə” – o, tələsik ikinci sıradan səsləndi.
- Bəli, minlərlə! – Putin sözünü düzəltdi: “Min ton!”
Türkiyə prezidentinin təyyarəsi Soçinin aydın səmasında havaya qalxanda saat altı olmamışdı. Hava, hər şeydən fərqli olaraq, məmnun və açıq idi...
Asif
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO