Region
Türkiyə Ermənistanla sərhədə hərbi texnika yeritdi - İrəvana müdaxilə ssenarisi
Türkiyə artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdirib.
Publika.az xəbər verir ki, bu iddia ilə Gümrüdən olan erməni hüquq müdafiəçisi Karapet Poqosyan çıxış edib.
Poqosyan bildirib ki, Türkiyənin sərhədə yerləşdirdiyi hərbi texnika 155 mm-lik təkərli artilleriya və 120 mm-lik minaatanlardır: “Onları sərhəddən gözlə görmək mümkündür. Son 100 ildə belə bir hadisə baş verməyib. Orada sərhədçilər həmişə olur, indi artilleriya sistemləri də yerləşdiriblər. Bura Canfida istiqamətidir. Sərhəd qoşunlarında artilleriya yoxdur, çünki onların funksiyası sərhəd pozucularını həbs etməkdir, artilleriya isə hücum silahıdır. Türkiyə qeyri-sabitliyin olduğu sərhədyanı ölkələr istiqamətində hücum silahları yerləşdirir. Fikrimcə, bütün bunlar Ermənistan hakimiyyətinin anti-Rusiya siyasətindən qaynaqlanır. Böyük ehtimalla, bu hakimiyyət rusları təxribata çəkməyə çalışacaq, bundan sonra Türkiyə Ermənistana müdaxilə edəcək”.
K.Poqosyan hesab edir ki, Rusiya sərhədçiləri “Zvartnots” hava limanından çıxarıldıqdan sonra Türkiyə-Ermənistan sərhədindən də çıxarılacaq.
“Ermənistanın sərhədlərin mühafizəsi ilə bağlı problemi var, hətta “Zvartnots”da sərhəd xidmətini təşkil etmək imkanı yoxdur. Çünki Ermənistanda heç vaxt mütəxəssis olmayıb, Vazgen Sarkisyan adına hərbi instituta ilk mütəxəssislər yalnız bu il qəbul edilib, onların da sayı cəmi 7 nəfərdir. Ermənistan-Türkiyə sərhədini qorumaq üçün də kifayət qədər resursumuz yoxdur. Bütün bunların fonunda Türkiyə artilleriyasını sərhədə yaxınlaşdırır, oradan atılacaq raket düz xətt üzrə İrəvana çatacaq”, - Poqosyan iddia edib.
Asif
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)