Gürcüstanda Fransa barmağı: Zurabişvili niyə Makrona müraciət edib?
Bizi izləyin

Region

Gürcüstanda Fransa barmağı: Zurabişvili niyə Makrona müraciət edib?

Gürcüstan prezidenti Salome Zurabişvili fransalı həmkarı Emmanuel Makron və Avropa Şurasının rəhbəri Şarl Mişelə ölkədə baş verən xarici agentlərlə bağlı qanuna görə təcili müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə "TV Pirveli" məlumat yayıb.

Zurabişvili ümid edir ki, bu məsələyə Avropa Şurasının aprelin 17-18-də Brüsseldə keçiriləcək xüsusi iclasında baxılacaq.

“Mən buradakı vəziyyətlə bağlı Şarl Mişel və Emmanuel Makrona müraciət etdim, sabah Avropa İttifaqında Avropa Şurasının iclası olacaq”, - telekanal Zurabişvilidən sitat gətirir.

Bu gün səhər saatlarında Zurabişvili hakimiyyətin “əhalinin iradəsinə və tərəfdaşların etirazına qarşı bu qanunu irəli sürmək” cəhdini “birbaşa təxribat” və “Rusiyanın sabitliyi pozmaq strategiyası” adlandırıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm