Ermənistan KTMT-nin iclasına qatılmayacaq
Bizi izləyin

Region

Ermənistan KTMT-nin iclasına qatılmayacaq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Ani Badalyan "Armenpress"ə açıqlaması zamanı bildirib.

İclas iyunun 21-də Almatıda Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, daha öncə baş nazir Nikol Paşinyan İrəvanın təşkilatda iştirakının dondurulduğunu elan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm