Region
Rəisinin helikopter qəzası ilə bağlı yayılan son xəbərlər təkzib olundu - YENİLƏNDİ
İran Silahlı Qüvvələrinin Baş Qərargahı "Fars" agentliyinin İslam Respublikası Prezidenti İbrahim Rəisinin helikopter qəzasının səbəbləri ilə bağlı xəbərini təkzib edib.
Publika.az xəbər verir ki, İran Baş Qərargahının Kommunikasiya İdarəsi ictimaiyyətə açıqlamasında bildirib:
"Fars" agentliyinin helikopter qəzasının səbəblərindən birinin təhlükəsizlik protokollarına zidd olaraq göyərtədə əlavə iki sərnişinin olması və bu səbəbdən helikopterin lazımi hündürlüyə qalxmaq üçün kifayət qədər gücünün olmaması ilə bağlı yaydığı məlumat yalandır.
Xatırladaq ki, mayın 19-da Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində bütün sərnişinlər və ekipaj üzvləri ölüb.
***
İranın mərhum prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı istintaq prosesi başa çatıb.
Publika.az İran mətbuatına istinadən xəbər verir ki, qəzanın bədbəxt hadisə nəticəsində baş verdiyi təsdiqlənib.
Məlumata görə, heç bir kənar müdaxilə olmayıb. Qəzanın səbəbi kimi hava şəraiti göstərilib.
Həmçinin Rəisiyə məxsus helikopterdə sərnişinlərin sayının normadan çox olduğu üçün lazımi yüksəkliyə qalxa bilmədiyi və dumanlı havada dağa çırpıldığı qeyd olunub.
-
Sosial08:24Dörd rayonda və Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
-
ABŞ08:00Maskı tərk edənlər elə bir raket istehsal etdilər ki...
-
Ekologiya07:17Bu gün hava necə olacaq? - PROQNOZ
-
İdman06:46Olimpiya çempionları nişanlandılar - FOTO
-
Magazin106:16Emma Ələkbərzadə oğlu ilə belə rəqs etdi - VİDEO
-
Avropa05:156,5 min il əvvəl bəzək əşyasına çevrilmiş insan dişi aşkarlandı
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir



















.jpg)






.jpg)










