Region
Paşinyanın təklifinə müxalifətdən cavab gəldi: Ona inanmaq olmaz
Müxalifətdəki "Ermənistan" fraksiyası hesab edir ki, konstitusiya referendumu ilə bağlı Baş nazir Nikol Paşinyanla hər hansı bir razılaşma mənasızdır.
Publika.az xəbər verir ki, fraksiya lideri Anna Qriqoryan jurnalistlərə bildirib ki, baş nazir, apriori olaraq, özü və komandası üçün əlverişsiz olacaq bir razılaşma təklif edə bilməz.
Müxalifətçinin sözlərinə görə, Paşinyan bütün siyasi kapitalının təhlükədə olduğunu deyəndə, onun yeganə kapitalının yalan olduğunu anlamaq lazımdır. Qriqoryan qeyd edib ki, belə bir vəziyyətdə müxalifət onun sözlərinə etibar edə bilməz. Deputat vurğulayıb ki, onun fraksiyası yeni Konstitusiyaya səs verməyəcək.
Baş nazir əvvəllər bildirmişdi ki, istefasını istəyən müxalifət qüvvələrinə sadə bir razılaşma təklif edilə bilər. Buna nail olmaq üçün müxalifət sadəcə yeni konstitusiya layihəsi ilə bağlı referenduma razılıq verməlidir.
Əks təqdirdə, o, növbədənkənar seçkilər "buldozerini" işə salmaqla hədələyib və bildirib ki, belə olsa, mövcud iki müxalifət qüvvəsindən heç biri parlamentə düşə bilməyəcək.
Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistana konstitusiya dəyişikliklərini şərt kimi qoyur. Konstitusiya dəyişiklikləri və ya referendum təşəbbüsü üçün parlamentdə üçdə iki səs çoxluğu tələb edilir. 7 iyun 2026-cı il seçkilərindən sonra səslərin 49,81%-ni toplayan “Mülkü Müqavilə” partiyası lazımi konstitusiya çoxluğunu təmin edə bilmir.
Müəllif: Tural
-
Nida Xəbər 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO
-
Rəsmi xronika13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama






















.png)
















.png)

