Region
Ermənistanda gələn ilin dövlət büdcəsi təsdiqləndi: Nə qədərdir?
Ermənistan Milli Assambleyası 2025-ci il üçün dövlət büdcəsi layihəsini təsdiqləyib.
Publika.az "News.am"a istinadən xəbər verir ki, layihənin qəbulunun lehinə 66 deputat, əleyhinə isə 30 deputat səs verib.
Qəbul edilmiş layihəyə əsasən, Ermənistanda 2025-ci ildə iqtisadi artımın 5,1% daxilində olacağı gözlənilir (dəyişikliklərdən əvvəl bu rəqəm 5,6% olub).
Dövlət büdcəsinin gəlirləri təxminən 2,84 trilyon dram (12 milyard manat) təşkil edib ki, bu da ilkin göstəricidən 35,5 milyard dram (150 milyon 925 min manat) azdır. Eyni zamanda, vergi daxilolmalarının azalması 39,6 milyard dram həcmində qiymətləndirilir.
Yenilənmiş layihəyə əsasən, dövlət büdcəsinin xərcləri 40,8 milyard dram azalaraq 3,4 trilyon təşkil edəcək. Bunlardan 2,7 trilyon dram cari xərclər, 734 milyard dram isə əsaslı xərclərdir.
Xatırladaq ki, 100 erməni dramı 43 Azərbaycan qəpiyinə bərabərdir.
Adəm Abbaslı
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 26 İyun 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 26 İyun 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir
-
Sosial26 İyun 14:58Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi












.jpg)

.jpg)


.jpg)

.jpg)

















.jpg)