Əraqçi Trampın hədəsinə cavab verdi - “Bəxtinizi yenidən sınamaq istəyirsiniz?”
Bizi izləyin

Region

Əraqçi Trampın hədəsinə cavab verdi - “Bəxtinizi yenidən sınamaq istəyirsiniz?”

Əraqçi Trampın hədəsinə cavab verdi - “Bəxtinizi yenidən sınamaq istəyirsiniz?”

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampı İslam Respublikasına qarşı yeni hərbi əməliyyatın mümkün nəticələri barədə xəbərdar edib.

Publika.az xəbər verir ki, Əraqçi bu barədə "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu öz siyasi təhlükəsizliyini qorumaq üçün Vaşinqtonu növbəti müharibəyə cəlb edir.

“Sonuncu dəfə siz “başladığınız işi bitirmək” istəyəndə İran bu vəziyyətdən daha da güclənərək çıxdı. Bəxtinizi yenidən sınamaq istəyirsiniz? Buyurun. Amma ehtiyatlı olun: bizim də yarımçıq işlərimiz var”, — Əraqçi "X" sosial şəbəkəsində yazıb.

İranın xarici siyasət idarəsinin rəhbərinin fikrincə, Netanyahu həbsdən yayınmaq üçün ABŞ-ı yeni hərbi münaqişəyə sövq edir və bunun İsrail, eləcə də ABŞ Prezidenti Donald Tramp üçün yarada biləcəyi nəticələri nəzərə almır.

Bu bəyanat Trampın İranla bağlı “başladığı işi bitirmək” hədəsinə cavab olaraq səsləndirilib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp qarşıdan gələn hökumət başçısı seçkilərində İsrailin baş naziri Binyamin Netanyahunu tam dəstəklədiyini bildirmişdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm