Region
Türkiyə 11 elit ölkə arasında - Aprelin 21-də yeni TARİX YAZILACAQ
Aprelin 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yeni "Türksat 6A" rabitə peykinin istismara verilməsi mərasimi keçiriləcək.
Publika.az xəbər verir ki, qurğunun orbitə buraxılması türk peyklərinin əhatə dairəsini dünya üzrə 3,5 milyarddan 5 milyard insana çatdıracaq.
Respublikanın Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu qeyd edib ki, "Türksat 6A"nın dizayn xidmət müddəti ən azı 15 ildir. O vurğulayıb ki, bu uğur 1994-cü ildə "Türksat 1B", ardınca "Türksat 1C" (1996) və "Türksat 2A"nın (2001) buraxılması ilə başlayan iyirmi ilə yaxın davamlı işin yekunudur.
"Türksat 6A" peykinin buraxılması, tərkibindəki 100 komponentdən 84-nün yerli, yəni türk istehsalı olması ilə, Türkiyəni rabitə peyklərinin istehsal texnologiyasına sahib olan 11 elit ölkə arasında yerini möhkəmləndirəcək.
Peykin istismara verilməsi mərasimi Ankaradakı Türksat Gölbaşi obyektində baş tutacaq. Cihazın istifadəyə verilməsi ilə Türkiyə Hindistan, Tayland, Malayziya və İndoneziyaya kimi rabitə xidmətlərini genişləndirə biləcək.
Hüseyn İbadlı
-
Magazin103:13"Pulumu ən çox onlara xərcləyirəm"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz
-
Sosial00:00Dolu yağanda maşınlar bu vəziyyətə düşdü - VİDEO
-
Magazin126 May 23:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq26 May 23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ26 May 23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil26 May 21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman26 May 21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO




































