Region
İstanbul sahillərində kamikadze PUA TAPILDI - Partlayıcılarla doludur / VİDEO
Türkiyənin İstanbul ətrafı Şilə çimərliyində Ukraynaya məxsus kamikadze PUA tapılıb.
Publika.az xəbər verir ki, bu barədə "Hürriyət" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Qara dənizin Uzunkum çimərliyində istirahət edən vətəndaşlar Ankara vaxtı ilə saat 14:30 radələrində PUA-ya bənzəyən obyekt aşkarlayıblar və panikaya düşüblər. Dərhal aidiyyəti qurumlara məlumat veriblər.
"Obyektin haradan gəldiyi hələ dəqiq müəyyən edilməyib, lakin o, Ukraynanın kamikadze PUA-larına bənzəyir və partlayıcılarla doludur. İstehkamçılar onu yoxlayacaqlar", - nəşr yazır.
Hadisə yerinə bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər cəlb olunub. PUA ətrafı təhlükəsizlik məqsədilə müvəqqəti olaraq mühasirəyə alınıb. Ekspertlərin fikrincə, dron partlayıcılarla təchiz oluna bilər, lakin bu məlumat hələlik qəti şəkildə təsdiqini tapmayıb.
Türkiyənin digər KİV-ləri aşkarlanan cihazın fotoşəkillərini dərc edib. Qurğunun gövdəsini quyruq hissəsi yoxdur və qanadları qismən qırılıb. PUA-nın burnunda motorlu pərvanə, eləcə də daxili avadanlığın digər elementləri görünür.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:55Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti azaldıldı
-
ABŞ13:36İran içəridən partladılacaq: Vaşinqtonun GİZLİ PLANI
-
Magazin113:04Şəbnəm ad günündə görün nə qədər pul yığdı? - Milyonluq villa tikdirir
-
Rəsmi xronika12:11Prezident müşavirə keçirdi
-
İdman10:42Məşhur məşqçini Ərəbistana aparan bu gözəl imiş - FOTOLAR
-
Dünya10:12Çin bunu da bacardı: Elə təyyarə hazırlanıb ki...
-
Nida Xəbər 10:06Elmar Vəliyevin qaynına yüksək vəzifə verildi
-
ABŞ08:47Tramp özünü Venesuela prezidenti elan etdi



































