İsrail İrana bu formada CAVAB VERƏCƏK
Bizi izləyin

Region

İsrail İrana bu formada CAVAB VERƏCƏK

İsrail İranın atəşkəs rejimini pozmasına İslam Respublikasının paytaxtı xaricindəki hədəfə hücum etməklə "simvolik cavab" verəcək.

Publika.az xəbər verir ki, bu barədə "Galei Tzahal" radiosu mənbəyə istinadla məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri (IDF) yalnız bir hədəfə - simvolik olaraq və ABŞ prezidenti Donald Trampın tələbi ilə hücuma hazırlaşır. İsrailin ilkin planının əksinə olaraq, hücum Tehranda həyata keçirilməyəcək ", - mənbə bildirib.

Bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian Malayziyanın Baş naziri Ənvər İbrahimlə telefon danışığı zamanı bildirib ki, İran atəşkəs rejiminə əməl edəcək, bir şərtlə ki, İsrail onu pozmasın.

İyunun 24-nə keçən gecə ABŞ prezidenti Donald Tramp İran və İsrailin atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, qüvvəyə mindikdən sonra dünya “12 günlük müharibənin rəsmi sonunu” alqışlayacaq.

Eyni zamanda İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ölkədə atəşkəs razılaşması yoxdur. Onun sözlərinə görə, bu təşəbbüslə bağlı yekun qərarın sonradan verilməsi planlaşdırılırdı.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm