Region
Paşinyanla II Qaregin arasında qarşıdurma böyüyür
Ermənistan Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbəri Katolikos II Qareginin özünün qəbul etdiyi nizamnaməni pozduğunu bildirib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Nikol Paşinyan sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, Ktriç Nersisyanın (Qaregin II) vəzifədən kənarlaşdırılmasından sonra kilsənin yenilənməsi ilə bağlı təqdim etdiyi yol xəritəsinin ikinci bəndi Erməni Apostol Kilsəsinin kanonlar məcəlləsinin qəbulunu nəzərdə tutur:
"2011-ci ilin noyabrında Erməni Apostol Kilsəsinin nizamnaməsi Ermənistan Ədliyyə Nazirliyində qeydiyyata alınıb və sənəddə yaxın gələcəkdə tam kanon məcəlləsinin hazırlanacağı bildirilib. Lakin Ktriç Nersisyanın katolikos statusu almasının üzərindən 12 il keçməsinə baxmayaraq, bu sənəd hələ də qəbul olunmayıb".
Baş nazir vurğulayıb ki, bu vəziyyət kilsədə real durumun göstəricisidir və məqsədli şəkildə yaradılıb ki, fəaliyyət aydın və şəffaf qaydalarla tənzimlənməsin:
"Ktriç Nersisyanın istefasından və müvəqqəti rəhbərin seçilməsindən dərhal sonra yeni kanon məcəlləsinin hazırlanması və qəbul edilməsi vacibdir. Bu sənəddə kilsənin fəaliyyətini tənzimləyən qaydalar həm ruhanilər, həm də cəmiyyət üçün açıq və anlaşılan olmalıdır".
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar



































