Region
Sarkisyana qarşı daha bir ittiham irəli sürüldü
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı cinayət işində yeni ittiham irəli sürülüb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
O, xüsusilə külli miqdarda rüşvət almaqda və sahibkarlıq fəaliyyətində qanunsuz iştirakda ittiham olunur.
Qeyd olunur ki, sabiq dövlət başçısı 2000-2018-ci illərdə Ermənistanın müdafiə naziri, baş nazir, prezident, daha sonra isə yenidən baş naziri vəzifələrində çalışarkən kommersiya təşkilatları yaradıb.
Belə ki, o, dostu Mixail Baqdasarov vasitəsilə Ararat rayonunun Surenavan icmasında bitum zavodunun tikintisində iştirak edib. Üstəlik, xarici investisiyalar hesabına.
Hazırda o, xüsusilə külli miqdarda rüşvət almaqda və qanunla müəyyən edilmiş qadağaya zidd olaraq qanunsuz sahibkarlıq fəaliyyətində iştirakda ittiham olunur.
Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı məhkəməyə təhvil verilmiş daha bir cinayət işini elan etmişdi.
Qeyd olunub ki, 2008-ci ilin fevralında Sarkisyan baş nazir postunu tutarkən baş köməkçisi (qeyri-rəsmi məlumata görə, bu, eks-prezidentin kürəkəni Mikael Minasyan olub) ilə birlikdə 2,9 milyon dollar rüşvət alıb. Bunun müqabilində guya Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin səhmlərinin 100 faizinin xarici investora satılmasında maneə yaratmamağa razılaşıblar.
Tural
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…











.jpg)



.jpg)


.jpg)


















