Region
Doğuş azalıb, ölüm artıb, evlənən yoxdur, boşanan çoxdur: Ermənistanın əhalisi nə qədərdir?
2025-ci il oktyabrın 1-nə Ermənistanın daimi əhalisi 3 milyon 90 min 500 nəfər olub, onlardan 1 milyon 977 min 400 nəfəri şəhərlərdə, 1 milyon 113 min 100 nəfəri isə kənd yerlərində yaşayır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Respublikası Statistika Komitəsinin “2025-ci ilin yanvar-sentyabr aylarında Ermənistan Respublikasının sosial-iqtisadi vəziyyəti” adlı hesabatında deyilir.
Komitənin məlumatına görə, yanvar-sentyabr aylarında Ermənistanda 23 698 nəfər doğulub ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (24 942) 1 244 nəfər azdır.
Nəzərdən keçirilən dövr ərzində Ermənistan Respublikasında 19 064 nəfər ölüb. Builki ölüm göstəricisi 2024-cü illə (2024-cü ildə 18 959 nəfər dünyasını dəyişib) müqayisədə artıb. Ölüm halları ilk növbədə qan dövranı xəstəlikləri, yenitörəmələr və tənəffüs orqanlarının xəstəlikləri ilə bağlı olub.
Yeri gəlmişkən, 2025-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlə bağlı fəsadlar səbəbindən bir dənə də olsun ana ölümü faktı qeydə alınmayıb, 2024-cü ilin yanvar-sentyabr aylarında isə 6 ana ölümü halı qeydə alınıb.
Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk 9 ayında Ermənistan Respublikasında 10 238 nəfər nikaha daxil olub, 2024-cü ilin eyni dövründə bu rəqəm 11 696 olub. Bu il boşanmaların sayı bir qədər artıb – 3617 (2024-cü ildə boşanmaların sayı 3422 olub).
“Respublikada 2025-ci ilin yanvar-sentyabr aylarında qeydə alınan hər 1000 nikah üçün 353 boşanma hadisəsi olub, 2024-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 293 olub”, - komitənin açıqlamasında bildirilir.
Yeni doğulan uşaqların cins nisbətinə gəlincə, həm 2024-cü ilin yanvar-sentyabr, həm də 2025-ci ilin yanvar-sentyabr aylarında hər 100 qıza 110 oğlan düşür.
2025-ci ilin doqquz ayı ərzində dövlət sərhəd-keçid məntəqələri vasitəsilə Ermənistan Respublikasına 3 milyon 919 min 800 nəfər daxil olub ki, onlardan 1 milyon 646,6 min nəfəri Ermənistan vətəndaşlarıdır. Ermənistanı dövlət sərhədindən buraxılış məntəqələri vasitəsilə 3 milyon 908 min 400 nəfər tərk edib ki, onlardan 1 milyon 649,4 min nəfəri Ermənistan vətəndaşlarıdır.
Tural
-
Nida Təhlil 23:20DÇ-2026-nın ilk qolu vuruldu - YENİLƏNİR
-
Avto23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin122:24Gülay canlı efirdə ağladı - VİDEO
-
Yaxın Şərq21:48İran Hörmüz boğazını bağlayır
-
Sosial20:36"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp

































