İran Zəngəzur dəhlizinə görə narahatdır: Tehranı qorxudan nədir?
Bizi izləyin

Region

İran Zəngəzur dəhlizinə görə narahatdır: Tehranı qorxudan nədir?

İran Ermənistanın cənubundan keçən nəqliyyat dəhlizinin potensial geosiyasi nəticələrindən narahatdır. Tehranın narahatlığı yolun tikintisinin özü ilə deyil, İran sərhədlərində ABŞ və ya İsrailin mümkün mövcudluğu ilə bağlıdır.

Publika.az xəbər verir ki, bunu İran-Avrasiya Araşdırmaları İnstitutunun (İRAS) direktor müavini Armina Arm “NEWS.am”ın müxbirinə deyib.

Ekspert vurğulayıb ki, nə qədər ki, marşrut sırf nəqliyyat və iqtisadi məqsədlər üçün istifadə olunacaq və İranla Ermənistan arasında tarixi sərhəd dəyişməz qalacaq, Tehran üçün heç bir problem olmayacaq. “Əgər yol sırf bu məqsədlər üçün istifadə olunarsa, İran buna etiraz etməyəcək və özü də layihədən iqtisadi fayda əldə edə bilər”, o əlavə edib.

İrəvanın yol tikintisinin ABŞ ordusunun iştirakını nəzərdə tutmaması ilə bağlı bəyanatlarını şərh edən Arm qeyd edib ki, İran ehtiyatlı davranır. "Tarix göstərir ki, ABŞ-ın iqtisadi layihələri çox vaxt siyasi və geosiyasi xarakter alır. Tehran məhz bundan qorxur. Biz on ildən artıqdır ki, sanksiyalar altında yaşayırıq və Vaşinqton İranın iştirakı olmadan təşəbbüslər həyata keçirir. Cənubi Qafqaz bu tendensiyanın bir hissəsinə çevrilə bilər", - o deyib.

Ekspertin fikrincə, İran regionda gərginliyin yeni raundunda maraqlı deyil. "Birinci və ikinci Qarabağ müharibələrindən, eləcə də Ukraynadakı müharibədən sonra Rusiyanın regionda təsiri zəifləyib və bu, yeni risklər yaradır. Biz Cənubi Qafqazın xarici güclər arasında rəqabət meydanına çevrilməsini istəmirik", - Arm bildirib.

Layihənin Ermənistan-İran münasibətlərinə təsiri ilə bağlı sualı cavablandıran ekspert qeyd edib ki, onların təməli möhkəm olaraq qalır.

"Ermənistanla İran arasında münasibətlər həmişə mehriban olub. Heç bir siyasi ziddiyyət yoxdur və mən layihənin onları poza bilməsi üçün heç bir səbəb görmürəm. Tehran prosesi diqqətlə izləyəcək və onun real nəticələrini qiymətləndirəcək", - Armina Arm yekunlaşdırıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm