Region
Məşhur iranlı şairin oğlu terror planına görə ABŞ-də saxlanıldı
ABŞ hakimiyyəti iranəsilli amerikalı şair Rocer Sedaratın 19 yaşlı oğlu Milo Sedaratı Detroytdakı barlarda partlayış törətməkdə ittiham edərək saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Milonun atası Rocer Sedarat tanınmış İran-Amerika şairi və Nyu-York şəhərindəki Kvins Kollecinin professorudur. Məlumata görə, onunla birgə Montklerdən olan 19 yaşlı Tomas Kaan Guzel də saxlanılıb.
Saxlanılmalar Federal Təhqiqat Bürosu (FTB) və Nyu-York Polis Departamentinin Kəşfiyyat Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində baş tutub.
Hakimiyyət orqanları şübhəlilərin 2015-ci ildə İŞİD-in Parisdəki hücumlarını təkrarlamaq niyyətində olduqlarını bəyan ediblər. Polis mənbələri bildiriblər ki, Guzel FTB-nin Detroytdakı digər şübhəlilərin evlərinə etdiyi basqınları öyrəndikdən sonra səfərə çıxmaq istəyib.
Basqınlar zamanı üç "AR-15" tipli tüfəng, iki ov tüfəngi, dörd tapança və 1600-dən çox patron, eləcə də taktiki jiletlər, "GoPro" kameraları və döyüş ləvazimatları da daxil olmaqla bir neçə odlu silah aşkar edilib.
-
Nida Təhlil 23:20DÇ-2026-nın ilk qolu vuruldu - YENİLƏNİR
-
Avto23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin122:24Gülay canlı efirdə ağladı - VİDEO
-
Yaxın Şərq21:48İran Hörmüz boğazını bağlayır
-
Sosial20:36"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp

































