Region
COP31-ə Türkiyə ev sahibliyi edəcək - TƏSDİQLƏNDİ
Türkiyə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi edəcək.
Publika.az "Haber Global"a istinadən xəbər verir ki, bütün tərəflər COP31 Tərəflər Konfransının gələn il Türkiyədə keçirilməsi, COP31-in sədrliyini Ankaranın, danışıqlara isə Avstraliyanın sədrlik etməsi ilə bağlı razılığa gəliblər.
BMT-nin rəhbərliyi ilə 2026-cı ilə planlaşdırılan danışıqların qlobal iqlim gündəliyinin müzakirələri Antalyada baş tutacaq.
Konsensus mətni Türkiyənin də daxil olduğu Birləşmiş Millətlər Təşkilatı yanında Qərbi Avropa və Digərləri qrupu tərəfindən təsdiqlənib. COP31-ə hazırlıq üzrə əsas müzakirələr Avstraliyada keçiriləcək və onların mövzusu iqlim maliyyəsi və Sakit okean ölkələri ilə ətraf mühit həmrəyliyi olacaq.
Baş Assambleyasında çıxış edən Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum üzv ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edib.:
"Yüzlərlə ikitərəfli görüşlər, iqlim məsələləri ilə bağlı onlarla ölkəyə səfərlər, diplomatik danışıqlar günləri keçirilib. Və nəhayət, Türkiyə COP31-in sədri və ev sahibidir. Bu tarixi məsuliyyəti öz üzərinə götürməklə biz bu gün ümumi evimiz, dünyamız üçün ən vacib marafona başlayırıq", - nazir bildirib.
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...











.jpg)





















