Region
Ərdoğan Putinlə danışıqlar aparacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə Ərdoğan G20 zirvəsi çərçivəsində Cənubi Afrika Respublikasında keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Ankara Ukrayna ilə Rusiya arasında sülhün təmin edilməsi üçün bütün imkanları səfərbər edib:
"Rusiya-Ukrayna sülhünə gedən yolda Türkiyə olaraq əlimizdən nə gəlirsə edəcəyik. Bu istiqamətdə hər cür dəstəyi verməyə hazırıq və ümid edirəm ki, bunu bacaracağıq".
Ərdoğan əlavə edib ki, keçən həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyədə görüşüb:
Sabah da Putinlə telefonla danışacağam. Bildiyiniz kimi, bizim taxıl dəhlizi səylərimiz var idi. Bu səylərimiz əslində sülhə gedən yolu açmaq üçün idi. Təəssüf ki, müəyyən yerə qədər bu işdə uğur qazandıq, amma sonra davam etmədi”.
Ərdoğan əlavə edib ki, sabahkı danışıqda bu mövzunu yenidən gündəmə gətirəcək:
“Sabahkı görüşməmizdə cənab Putindən bunu yenidən xahiş edəcəyəm. Bu prosesi yenidən başlada bilsək, çox xeyirli olacağını düşünürəm. Ölümləri dayandıra bilmək üçün hansı addımları ata biləcəyimizi onunla müzakirə edəcəyəm”.
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...











.jpg)





















